İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
  • 405

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Sığorta , Life & Health Insurance

Büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinin kiçik mütəxəssisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinin kiçik mütəxəssisi

  • Deadline 8 Mart 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinin kiçik mütəxəssisi vakansiyası elan edir.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali təhsil;
  • Təcrübə: Maliyyə istiqamətində 1 il iş təcrübəsi;
  • Texniki biliklər: MS Excel üzrə yüksək səviyyədə biliklər (Power BI üstünlükdür),
  • Maliyə hesabatlarının hazırlanması bacarığı,
  • Dövlət satınalmaları haqqında qanunun tələbləri ilə bağlı biliklər, 
  • Büdcə sistemi haqqında qanunun tələbləri ilə bağlı biliklər,
  • Vergi qanunvericili ilə bağlı biliklər.
  • Şəxsi bacarıqlar: Analitik təhlil, komandada işləmə, vaxtın idarə edilməsi və problemləri həll etmə bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Müəssisələrin növbəti il üzrə təqdim etdikləri büdcə layihələrinin müvafiq olaraq Fondun gəlir və xərclərinə uyğunluğunun yoxlanılması və rəy verilməsi prosesində iştirak;
  • Agentlik tərəfindən maliyyələşdirilən müəssisələrin təsdiq edilmiş illik büdcə smetalarına uyğun olaraq maliyyələşdirilməsi və icrasına nəzarət prosesində iştirak;
  • Təhkim olunmuş müəssisələrin xərc istiqamətləri üzrə  hesabatlarının hazırlanması;
  • Regional bölmələrin maliyyə əməliyyatları üzrə yerində və distant yoxlamalarının aparılmasında iştirak və nəticələrə dair hesabatın verilməsi;
  • ERP/Mühasibatlıq sisteminin tətbiq olunması, proseslərin təkmilləşdirilməsi və idarəetmə hesabatlarının avtomatlaşdırılmasının aparılması.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
  • İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
  • İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Test mərhələsi
  • Müsahibə mərhələsi

Müraciət qaydası:

  • CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

  • Daily3
  • Weekly610
  • Monthly3