İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
  • 768

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Insurance , Life & Health Insurance

Büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinin məsləhətçisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinin məsləhətçisi

  • Истекает 26 июнь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinin məsləhətçisi vakansiyası elan edir.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Maliyyə, iqtisadiyyat istiqaməti üzrə ali təhsil;
  • Təcrübə: Maliyyə istiqamətində minimum 3 il iş təcrübəsi;
  • Texniki biliklər: MS Excel üzrə yüksək səviyyədə biliklər;
  • Maliyyə hesabatları ilə işləmə bacarığı;
  • Dövlət satınalmaları haqqında qanunun tələbləri ilə bağlı biliklər;
  • Büdcə sistemi haqqında qanunun tələbləri ilə bağlı biliklər;
  • Vergi qanunvericiliyi ilə bağlı biliklər;
  • FRM sertifikatı üstünlükdür; 
  • MS Power BI üzrə biliklər arzuolunandır;
  • IFRS üzrə nəzəri və praktiki biliklər arzuolunandır;
  • Şəxsi bacarıqlar: Ünsiyyət, komandada işləmə, vaxtın idarə edilməsi və analitik təhlil bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Hər il növbəti il üçün fondun büdcə layihəsinin və Agentliyin illik xərclər smetasının vaxtında hazırlanması və prosesdə müvafiq struktur bölmələrinin iştirakının koordinasiya edilməsi;
  • Müəssisələrin növbəti il üzrə təqdim etdikləri büdcə layihələrinin müvafiq olaraq Fondun gəlir və xərclərinə uyğunluğunun yoxlanılması və rəy verilməsi prosesində iştirak;
  • Agentlik və onun maliyyələşdirdiyi müəssisələrin proqnoz və faktiki xərclərinin qanunvericiliyə uyğun olaraq təhlili və kənarlaşmaların aşkar edilməsində, qənaət imkanlarının araşdırılması və xərclərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
  • Agentlik tərəfindən maliyyələşdirilən müəssisələrin təsdiq edilmiş illik büdcə smetalarına uyğun olaraq maliyyələşdirilməsi və icrasına nəzarət prosesində iştirak;
  • Kənar auditin aparılmasına dəstək və auditorlarla əlaqəli şəxs kimi çıxış edərək tələb olunan məlumatların toplanılması və təqdim edilməsi;
  • Regional bölmələrin maliyyə əməliyyatları üzrə yoxlamalarının aparılmasında iştirak və hesabatın verilməsi;
  • ERP/Mühasibatlıq sisteminin tətbiq olunması, proseslərin təkmilləşdirilməsi və idarəetmə hesabatlarının avtomatlaşdırılmasının aparılması.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (bazar ertəsi – cümə);
  • İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
  • İş yeri: Bakı şəhəri, Lev Tolstoy 170.

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Test mərhələsi
  • Müsahibə mərhələsi

Müraciət qaydası:

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

  • Daily2
  • Weekly483
  • Monthly487