Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Ali tibb təhsili;
- Təcrübə: Həkim, həkim koordinator və ya həkim ekspert kimi minimum 2 il iş təcrübəsi;
- Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
- Şəxsi bacarıqlar: Ünsiyyət və vaxtın idarəedilməsi, problem həlletmə, konfliktlərin idarəedilməsi və operativlik, komanda işi;
- Dil bilikləri: Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür)
Vəzifə öhdəlikləri:
- Mürəkkəb, birbaşa təmsilçi tərəfindən cavablandırılması mümkün olmayan, araşdırılması tələb olunan şifahi müraciətlərin təhlili;
- Əks əlaqə saxlamaqla müraciətlərin düzgün, tam və açıq cavablandırılmasının təmin olunması;
- Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;
- Müraciət vərəqinin hazırlanması.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş rejimi;
- İş vaxtı: 09:00-18:00 (istirahət günləri şənbə-bazar);
- İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Müsahibə
Müraciət qaydası:
- CV-lərinizi elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.