İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
  • 498

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Insurance , Life & Health Insurance

Həkim-ekspert

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Həkim-ekspert

  • Истекает 19 июль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi xidmətlər və dərman vasitələri departamentinə həkim-ekspert vakansiyası elan edir.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali tibb təhsili (stomatologiya, laboratoriya işi, mikrobiologiya ixtisasları istisna olmaqla);
  • Təcrübə: Tibbi-iqtisadi ekspert, praktiki həkim kimi tibbi sığorta sahəsində minimum 5 il iş təcrübəsi;
  • Texniki biliklər: Excel üzrə yaxşı səviyyədə biliklər;
  • Şəxsi bacarıqlar: Operativlik, komandada işləmə, vaxtın idarə edilməsi və ünsiyyət bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Tibbi-iqtisadi ekspertiza planının hazırlanması;
  • Tibbi-iqtisadi ekspertizanın həyata keçirilməsi;
  • Tibbi-iqtisadi ekspertizanın mübahisələndirilməsi;
  • Tələb olunan hesabatların hazırlanması.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Test mərhələsi
  • Müsahibə 

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

  • Daily18
  • Weekly428
  • Monthly2175