İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
  • 393

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Insurance , Life & Health Insurance

Risklərin idarəolunması üzrə məsləhətçi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Risklərin idarəolunması üzrə məsləhətçi

  • Истекает 15 июль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil;
  • Təcrübə: Risklərin idarəolunması və ya audit üzrə ən azı 1 illik iş təcrübəsi;
  • Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək, Power BI bilikləri üstünlükdür;
  • Şəxsi bacarıqlar: İnduktiv və analitik təhlil, təşəbbüskarlıq, komandada işləmə, vaxtın idarə edilməsi, operativlik, ünsiyyət qurma, konfliktlərin idarə edilməsi və problemlərin həlli bacarıqları;
  • Dil bilikləri: Xarici dil biliyi (xüsusilə ingilis dili) 

Vəzifə öhdəlikləri:

  • Agentliyin struktur bölmələrində potensial riskləri aşkar etmək və onların qiymətləndirilməsində iştirak etmək;
  • Risk xəritələrinin və risk reyestrlərinin hazırlanmasına dəstək vermək;
  • Risk göstəricilərinin və risk vəziyyətlərinin mütəmadi izlənilməsi;
  • Rəhbərliyə risklərlə bağlı aylıq və rüblük hesabatların hazırlanmasında iştirak;
  • Risk əsaslı təhlillərin aparılması və risk azaldıcı tədbirlərin təklif olunması.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Praktiki tapşırıq/test mərhələsi
  • Müsahibə

Müraciət qaydası:

  • CV-lərinizi Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

  • Daily147
  • Weekly660
  • Monthly540