Təklif etdiyimiz imkanlar:
- Gənc və peşəkar kollektivdə çalışma şansı;
- Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
- Karyera inkişafı üçün yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafatlandırma sistemi.
Tələb olunan səriştə və təcrübə:
- Təhsil: Ali təhsil (iqtisadiyyat sahələri üzrə);
- Təcrübə: Iqtisadi, analitik, modelləşdirmə, tibbi istiqamətdə ən azı 4 illik iş təcrübəsi;
- Texniki biliklər: Microsoft Office proqramları üzrə yaxşı səviyyədə biliklər;
- Şəxsi bacarıqlar: Təşəbbüskar, komandada işləmə, vaxtın idarə edilməsi, induktiv və analitik təhlil, ünsiyyət, təqdimat bacarıqları ;
- Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.
Vəzifə öhdəlikləri:
- Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, proseslərin, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
- İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək;
- Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq;
- Tibbi xidmətlərə tələbin hesablanması, tibb müəssisələrində potensialın dəyərləndirilməsi və səmərəlilik təhlili;
- İcbari tibbi sığortanın iqtisadi əsaslarına dair məlumatları təhlil etmək və bu sahə üzrə iqtisadi potensialın gücləndirilməsi üçün təkliflər vermək;
- Səhiyyə xidmətlərinin bütün səviyyələri üzrə riyazi və statistik analizlərin aparılması;
- Tibbi-iqtisadi hesablama modellərinin hazırlanması;
- Tibbi-iqtisadi hesablama modellərinin hazırlanması;
- Fəaliyyətin optimallaşdırılması üzrə dərin texniki-iqtisadi təhlillərin edilməsi və optimal fəaliyyət modelinin hazırlanması;
- Strateji satınalma modellərinin hazırlanması;
- Tibbi xidmətlərə tələbin hesablanması, tibb müəssisələrində potensialın dəyərləndirilməsi və səmərəlilik təhlili.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
- İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;
Seçim mərhələləri:
- Müraciətlərin nəzərdən keçirilməsi
- Praktiki tapşırıq/test mərhələsi
- Müsahibə
Müraciət qaydası:
- CV-lərinizi Müraciət Et düyməsidnə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
- Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!