İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
  • 561

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Insurance , Life & Health Insurance

Səhiyyə iqtisadiyyatı şöbəsinin mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Səhiyyə iqtisadiyyatı şöbəsinin mütəxəssisi

  • Истекает 9 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil (iqtisadiyyat üzrə);
  • Təcrübə: İqtisadçı, analitik, modelləşdirmə, tibbi sahələr üzrə minimum 1 il təcrübəsi olan;

Texniki biliklər:  

  • Excel üzrə yüksək səviyyədə biliklər;
  • SPSS, STATA, EViews, R, Python proqramları üzrə biliklərin olması üstünlükdür;
  • Şəxsi bacarıqlar: analitik təhlil, tədqiqat, təqdimat bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.

Vəzifə öhdəlikləri:

  • Göstərilən tibbi xidmətlərin analitik təhlillərinin aparılması, xərclərin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;       
  • İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşməsinin təkmilləşdirilməsi istiqamətində analitik sənədlər hazırlamaq, qiymətləndirmələr aparmaq və təkliflər vermək; 
  • Ölkənin sosial-iqtisadi və demoqrafik göstəriciləri üzrə təhlillər aparmaq, icbari tibbi sığortanın daha effektiv tətbiqi və inkişafı üçün istiqamətlərin müəyyən edilməsinə dair təkliflər hazırlamaq;
  • Tibbi xidmətlərə tələbin hesablanması, tibb müəssisələrində potensialın dəyərləndirilməsi və səmərəlilik təhlili. 

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Praktiki tapşırıq/test mərhələsi
  • Müsahibə

Müraciət qaydası:

  • CV-lərinizi Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

  • Daily19
  • Weekly588
  • Monthly208