İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
  • 340

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Insurance , Life & Health Insurance

Tibbi xidmətlərin tənzimlənməsi və texniki qaydaları şöbəsinin məsləhətçisi (biznes analitik)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tibbi xidmətlərin tənzimlənməsi və texniki qaydaları şöbəsinin məsləhətçisi (biznes analitik)

  • Deadline 4 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi xidmətlərin tənzimlənməsi və texniki qaydaları şöbəsinin məsləhətçisi (biznes analitik) vakansiyası elan edir.

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil;
  • Təcrübə: Biznes analitika sahəsində minimum 3 il iş təcrübəsi;
  • Texniki biliklər: MS Excel üzrə yaxşı səviyyədə biliklər, 
  • Power BI (və ya Tableau), SQL, BPMN (Visio) ilə işləmə bacarığı üstünlükdür;
  • Şəxsi bacarıqlar: Operativlik, komandada işləmə, vaxtın idarə edilməsi və analitik təhlil bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Xidmət keyfiyyətinə dair aylıq və həftəlik göstəricilərin monitorinqi;
  • Xidmətlərin həkim, tibb müəssisəsi (klinika) və regionlar üzrə istifadəsinin təhlili;
  • Şikayətlər, təkrar müraciətlər və ağırlaşmaların strukturlaşdırılmış analizi;
  • İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinin istifadə səviyyəsinin və dinamikasının monitorinqi;
  • Departament üzrə risk zonalarının müəyyən edilməsi və erkən xəbərdarlıq mexanizmlərinin formalaşdırılması.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Test mərhələsi
  • Müsahibə

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik!

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily61
  • Weekly594
  • Monthly601