Vəzifə öhdəlikləri:
- Bazarın imkanlarını araşdırmaq və onların nəticələrini təhlil etmək;
- Təşkilatın marketinq konsepsiyasını daim təhlil etmək və dəyişən bazar mühitinə uygunluğunu yoxlamaq;
- Təşkilatın dövri marketinq məqsədlərini müəyyən etmək, marketinq planlarını tərtib etmək, eləcə də müvafiq siyasət və prosedurlarını müəyyənləşdirmək, təhlil etmək;
- Yaranma məqsədləri, bazarın xüsusiyyətləri haqqında məlumat, eləcə də dəyər və qiymət artımı amillərı əsasında marketinq strategiyasını müəyyən etmək, hazırlamaq və qiymətləndirmək;
- Marketinq sahəsində fəaliyyətlər ilə əlaqədar iş planlarını hazırlamaq və sənədlər ilə əsaslandırmaq;
- Tələb olunan məhsul və ya xidmətlərin növləri ilə əlaqədar müştərinin rəyini öyrənmək;
- Marketinq üzrə fəaliyyətlərə nəzarət etmək, eləcə də zəruri halda fəaliyyət planını nəzərdən keçirmək və dəyişmək;
- Marketinq sahəsində nəticələri təhlil etmək, strateji məqsədləri və marketinq üzrə göstəriciləri nəzərdən keçirmək, zəruri halda yenidən baxmaq;
- Bazarda müşahidə olunan dəyişiklikləri təhlil etmək, eləcə də onların marketinq üzrə strateji məqsədlərə təsirini müəyyən etmək və sənədlər ilə əsaslandırmaq.
Namizədlərə tələblər:
- Ali təhsil;
- Marketinq sahəsində min. 5 il iş təcrübəsi;
- MS Office proqramlarında işləmə bacarığı;
- Azərbaycan və Rus dillərini bilməli, İngilis dilinin bilməsi üstünlükdür;
- Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
- Fəal və işə planlı yanaşma;
- Qərarvermə qabiliyyəti.
Şərtlər:
- Həftədə 6 gün iş gün
- Bazar: istirahət günü
- Nahar şirkət tərəfindən təmin edilir
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Marketing Manager" qeyd etməklə elektron poçt ünvanına göndərsinlər.