Struktur bölmə: Kommersiya sektoru
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Əsas vəzifə öhdəlikləri:
- Yeni kommersiya layihələrinin müəyyən edilməsi, cəlb olunması və ticarət həcminin artırılması istiqamətində birbaşa rəhbərə təkliflər vermək;
- Mövcud və potensial tərəfdaşlar bazasını idarə etmək və onlarla müqavilələrin bağlanmasını təmin etmək;
- Bağlanmış müqavilələrin şərtlərinə əməl olunmasını və sənəd dövriyyəsinin vaxtında tamamlanmasını koordinasiya etmək və istiqamət üzrə təkmilləşdirmə təklifləri vermək;
- Yeni kommersiya layihələrinin müəyyən edilməsi, cəlb olunması və ticarət həcminin artırılması üçün keçirilən görüşlərdə iştirak etmək;
- Aidiyyəti dövlət qurumları, özəl sektor nümayəndələri və tərəfdaşlarla işgüzar əlaqələri qurmaq;
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya Marketinq sahəsi üzrə ali təhsil);
- İş təcrübəsi: Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi
- Tərəfdaşlarla işləmə bacarığı;
- Rəqəmsal mühitdə işləmə bacarığı, məlumatların rəqəmsal emalı, sistemlərarası inteqrasiya bacarığı;
- Yüksək şifahi ünsiyyət bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
- Dil bilikləri: ingilis dili (B1), rus dili (B1)
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Kommersiya sektoru üzrə aparıcı məsləhətçi” qeyd olunması xahiş olunur.