Struktur bölmə: Daxili nəzarət şöbəsi
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Əsas vəzifə öhdəlikləri:
- Risklərin müəyyən edilməsi və onların idarə olunması üzrə təkliflərin hazırlanması;
- İllik fəaliyyət planına əsasən işlərin icra olunması;
- Daxili iş prosesinin yoxlamasında iştirak, nəticələrin təhlil edilməsi;
- İdarənin struktur bölmələri və qurumlarında normativ sənədlərə, daxili qaydalara və prosedurlara riayət olunmasına nəzarət edilməsi;
- Müəssisənin daxili nəzarət sisteminin effektivliyinin artırılması və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
- Hesabatların və şöbənin fəaliyyəti üzrə təqdimatların hazırlanmasında iştirak.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (hüquq, beynəlxalq hüquq, iqtisadiyyat);
- İş təcrübəsi: Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi;
- Dövlət qurumlarında təcrübənin olması üstünlükdür;
- Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
- Beynəlxalq standartlar (İSO standartları) üzrə biliklər üstünlükdür;
- Analitik düşünmə, strateji planlaşdırma və idarəetmə bacarıqları;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı;
- Dil bilikləri: ingilis dili, rus dili.
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Daxili nəzarət şöbəsi-böyük məsləhətçi” qeyd olunması xahiş olunur.