İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi

İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi

Dövlət qurumu

Sektor müdiri - Beynəlxalq əlaqələr və dövlət qurumları ilə iş

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sektor müdiri - Beynəlxalq əlaqələr və dövlət qurumları ilə iş

  • Deadline 3 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • Struktur bölmə: Dövlət qurumları ilə iş və beynəlxalq əməkdaşlıq sektoru
  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi

Əsas vəzifə öhdəlikləri:

  • Müvafiq dövlət təşkilatları ilə effektiv əməkdaşlıq mexanizmlərini formalaşdırmaq və əlaqələrin davamlı koordinasiyasını təmin etmək;
  • Dövlət qurumları ilə rəsmi yazışmaları, sorğu, hesabat və digər sənədləri hazırlamaq, onların icra müddətlərinə nəzarət etmək;
  • Qurumun beynəlxalq əlaqələrinin inkişafı üçün strateji hədəfləri, fəaliyyət planlarını və yeni təşəbbüsləri işləyib hazırlamaq;
  • Müvafiq icra hakimiyyəti orqanı vasitəsilə xarici təşkilatlar, beynəlxalq şəbəkələr və səfirliklərlə tərəfdaşlıq münasibətlərini idarə etmək;
  • Qurumun iştirak etdiyi beynəlxalq layihələri idarə etmək, tərəfdaşlarla kommunikasiyanı və layihə üzrə hesabatlılığı həyata keçirmək;
  • Beynəlxalq konfrans, seminar və rəsmi qəbul mərasimlərinin planlaşdırılması və təşkili prosesinə dəstək göstərmək;
  • Yeni əməkdaşlıq istiqamətlərini müəyyən etmək və potensial tərəfdaşlarla ilkin danışıqlar aparmaq;
  • Xarici ezamiyyətlərlə bağlı viza, uçuş biletlərinin alınması və digər logistik proseslərin aidiyyatı qurumlar və səfirliklərlə əlaqələndirilməsini təşkil etmək;
  • Beynəlxalq reytinqlərdə və indekslərdə qurumun mövqeyinin yaxşılaşdırılması üçün müvafiq məlumat bazalarını təhlil etmək və təkliflər hazırlamaq;
  • Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə xarici ekspertlərin cəlb edilməsi və innovativ idarəetmə metodlarının qurumda tətbiqi ilə bağlı layihələr hazırlamaq.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil (beynəlxalq münasibətlər, hüquq, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahələr üzrə);
  • İş təcrübəsi: Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi (rəhbər vəzifə üzrə 3 il);
  • Dövlət qurumları ilə iş sahəsində təcrübənin olması mütləqdir;
  • Dövlət qurumları, beynəlxalq tərəfdaşlar və investorlarla danışıq təcrübəsi;
  • Yüksək şifahi və yazılı ünsiyyət bacarığı;
  • Rəqəmsal mühitdə işləmə bacarığı, məlumatların rəqəmsal emalı, sistemlərarası inteqrasiya bacarığı
  • Analitik düşünmə, strateji planlaşdırma və idarəetmə bacarıqları;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
  • Dil bilikləri: ingilis dili (B2,C1), rus dili (B2, C1)

Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində Dövlət qurumları ilə iş və beynəlxalq sektorun müdiri qeyd olunması xahiş olunur.

  • Daily29
  • Weekly190
  • Monthly761