İş barədə məlumat:
- Struktur bölmə: İnzibati şöbə, Təsərrüfat sektoru
- İş yeri: Bakı şəhəri
- İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi
Əsas vəzifə öhdəlikləri:
- Qurumun maddi-texniki təminatının planlaşdırılmasını həyata keçirmək və icrasına rəhbərlik etmək;
- Avadanlıqların, inventarın və kommunal sistemlərin işlək vəziyyətdə saxlanılmasına rəhbərlik etmək;
- Təsərrüfat mallarının, materialların və ehtiyat hissələrinin sifarişi üçün texniki şərtlərin hazırlanmasına rəhbərlik etmək;
- Qurumun anbar təsərrüfatının təşkili, maddi-texniki ehtiyatların qəbul edilməsi, saxlanması, uçotu və istifadəsinə nəzarəti təmin etmək;
- Anbar ehtiyatlarının məqsədyönlü, səmərəli və normativ tələblərə uyğun istifadəsini, habelə qalıqların monitorinqini və optimal ehtiyat səviyyəsinin saxlanılmasını təmin etmək;
- Maddi dəyərlərin dövriyyəsi üzrə daxili nəzarət mexanizmlərinin tətbiqini təşkil etmək;
- İdarənin təsərrüfat fəaliyyəti zamanı yol verilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər görmək;
- Yanğından mühafizə, sanitar-texniki və əməyin mühafizəsi qaydalarına, texniki istismar normalarına uyğun olaraq idarənin inzibati binasından və anbar sahələrindən lazımi səviyyədə istifadə olunmasını təmin edən təşkilati və texniki tədbirlər planını hazırlamaq və icrasını təmin etmək;
- İnventarizasiya prosesinə, o cümlədən anbar üzrə maddi dəyərlərin inventarizasiyasına rəhbərlik etmək və illik hesabatlılığı təmin etmək;
- Fəaliyyət istiqaməti üzrə keçirilən iclaslarda, yerli və beynəlxalq tədbirlərdə qurumu peşəkar səviyyədə təmsil etmək;
- Sektor əməkdaşlarının fəaliyyətinin koordinasiyası, iş bölgüsü və fəaliyyətin effektivliyini təmin etmək.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil (İqtisadiyyat üzrə ali təhsil üstünlükdür);
- İş təcrübəsi: Minimum 5 il müvafiq sahə üzrə iş təcrübəsi(rəhbər vəzifədə 3 il);
- Dil bilikləri: ingilis dili (B1), rus dili (B1)
- Dövlət qurumlarında iş sahəsində təcrübənin olması;
- MS Office, 1C proqramı ilə işləmə bacarığı;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Analitik düşünmə, strateji planlaşdırma və idarəetmə bacarıqları;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı.
Namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Təsərrüfat sektorunun müdiri” qeyd olunması xahiş olunur.