Ev heyvanlarının sağlamlığı və rifahına sadiq qalan peşəkar komandamızın bir üzvü olmaq istəyirsiniz?
IDEA Heyvanlara Qayğı Mərkəzi, pasiyentlərimizə qayğı ilə yanaşacaq enerjili və məsuliyyətli baytar həkim axtarır. Əgər siz də dördayaqlı dostlarımızın həyatını yaxşılaşdırmaq missiyamızın bir parçası olmaq istəyirsinizsə, bizə qoşulun.
Əsas öhdəliklər
- Cərrahi əməliyyatların icrası və nəzarəti
- Klinik fəaliyyətin təşkili və nəzarəti
- Diaqnoz və müalicə proseslərinə rəhbərlik
- Laborator avadanlıq ilə iş
- Komandanın idarə olunması
Tələblər və bacarıqlar:
- Baytarlıq üzrə ali təhsil
- Minimum 5 il iş təcrübəsi
- Liderlik və komanda idarəetmə bacarığı
- Yüksək məsuliyyət və operativ qərarvermə qabiliyyəti
İş şərtləri
- 5 günlük iş rejimi
- İş ünvanı: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 19-cu km
- Yaradıcı komanda mühiti
- Sabit və uzunmüddətli əməkdaşlıq
- Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən olunur
Xahiş edirik, CV-nizi mövzu hissəsində vakansiyanın adını (Baytar Həkim) qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin