Təsvir
- Kredit müraciətləri üzrə risklərin qiymətləndirilməsi və təhlilinin aparılması;
- Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərin icrası üzrə uyğusuzluqların və risklərin müəyyənləşdirilməsi;
- Şöbənin prosedur və qaydalarının icrasının təmin edilməsi;
- BOKT-nin kredit portfelinin mütəmadi təhlilinin aparılması;
- Kredit riskləri üzrə əsas göstəricilərin təhlili və proqnozlaşdırılması;
- Kredit riskləri üzrə hesabatların hazırlanması və müvafiq təhlillərin aparılması;
- Kredit qərarlarının qəbul edilməsi prosesində risk baxımından rəy və tövsiyələrin təqdim edilməsi;
- Kreditlər üzrə monitorinqin aparılması, risklərin müəyyənləşdirilməsi və müəyyən edilmiş limitlərə uyğunluğun təmin edilməsində iştirak;
- Statistik və analitik modellərin hazırlanması və tətbiqi;
- Borcalanların maliyyə vəziyyətinin, ödəmə qabiliyyətinin və kredit tarixçəsinin təhlili;
- Kredit portfeli üzrə erkən xəbərdarlıq sistemi üzrə məlumatların toplanması və ilkin təhlili;
- Problemli kreditlərin müəyyənləşdirilməsi və risklərin azaldılması üzrə tövsiyələrin hazırlanması;
- Daşınar və daşınmaz əmlaklar üzrə təminat dəyərinin təhlili və qiymətləndirilməsi.
Tələblər
- Ali təhsil - Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi, Statistika və ya əlaqəli ixtisaslar üzrə;
- Bank/BOKT sektorunda minimum 2 il iş təcrübəsi mütləqdir;
- Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
- Hesabatların hazırlanması və məlumatların təhlili üzrə təcrübə.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.