Təsvir
- Mühasibat uçotunun qanunvericiliyə və daxili prosedurlara uyğun aparılması, bütün maliyyə əməliyyatlarının dəqiq və vaxtında sistemdə qeydiyyatı;
- Kassa və bank əməliyyatlarının, nağd və nağdsız ödənişlərin, gündəlik bank çıxarışlarının uzlaşdırılması;
- Mühasibat sənədlərinin (qaimə, hesab-faktura, akt və s.) hazırlanması və yoxlanılması;
- Daxili və xarici auditlər üçün tələb olunan məlumatların və sənədlərin hazırlanması, audit prosesinin dəstəklənməsi;
- Aylıq, rüblük vergi hesabatlarının hazırlanmasında və təqdim edilməsində iştirakı.
Tələblər
- Minimum 2 il mühasibatlıq sahəsində iş təcrübəsi (BOKT, bank və ya konsultasiya şirkətində təcrübə üstünlükdür);
- Analitik düşüncə və məsuliyyətlilik;
- Vergi Məcəlləsi və beynəlxalq mühasibat uçotu standartları üzrə biliklərə malik namizədlərə üstünlük verilir.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Gənc mütəxəssis
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.