Təsvir:
- Potensial B2B partnyorların (avtosalonlar, məişət texnikası, mebel mağazaları və s.) axtarışı və mütəmadi sahə (field) ziyarətlərinin həyata keçirilməsi;
- Biznes sahibləri və qərarverici şəxslərlə birbaşa görüşlərin təşkili, partnyorluq krediti və avtolizinq məhsullarının təqdimatının aparılması;
- Yeni korporativ müştərilərin (mağazaların) şəbəkəyə cəlb edilməsi və onbordinq (müqavilələrin rəsmiləşdirilməsi) prosesinin izlənməsi;
- Gündəlik görüşlər, hədəf kütlədən gələn rəylər və satış qıfı barədə CRM/hesabat cədvəllərinin doldurulması.
Tələblər:
- B2B satış, korporativ satış və ya müştəri cəlbi sahəsində mütləq iş təcrübəsi;
- Hazır müştəri bazasına (mağazalar, riteyl şəbəkələri, avtosalonlar, sahibkarlarla əlaqələrə) sahib olmaq namizəd üçün çox böyük üstünlük hesab olunacaq;
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili biliyi (arzuolunandır və seçim zamanı əlavə üstünlük qazandıracaq);
- Yüksək kommunikasiya, təqdimat və inandırma bacarıqları (biznes sahibləri ilə onların dilində danışma bacarığı);
- Aktiv, dinamik iş rejimində işləmək həvəsi və nəticəyə (KPI) yönümlülük.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.