Təsvir
- Yeni biznes tərəfdaşlarının (partnyorların) axtarışı, cəlb edilməsi və danışıqların aparılması;
- Mövcud partnyorlarla davamlı əməkdaşlıq münasibətlərinin qorunması və inkişafı;
- Potensial əməkdaşlıq imkanlarının araşdırılması, mövcud bazarın təhlili;
- Müqavilə şərtlərinin hazırlanması, razılaşdırılması və icrasına nəzarət;
- Müxtəlif satış və ya marketinq kampaniyaları çərçivəsində partnyorlarla birgə layihələrin təşkili;
- Partnyor şəbəkəsinin effektivliyinin qiymətləndirilməsi və hesabatlılığın təmin edilməsi;
- Rəhbərliyə mütəmadi olaraq əməkdaşlıq nəticələri və təkliflər barədə hesabatların təqdim edilməsi.
Tələblər
- Minimum 2 il satış, biznes inkişafı və ya tərəfdaşlıq yönümlü sahədə iş təcrübəsi;
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Bazarın təhlili, potensial tərəfdaşların müəyyənləşdirilməsi üzrə analitik düşüncə qabiliyyəti;
- Komanda ilə işləmək və təşəbbüskar olmaq bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Bonus sistemi;
- Təlimlər
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.