İDG Construction MMC İDG Construction MMC
  • 149

İDG Construction MMC

Строительство

Facility & HR Administrator (Tikinti Sahəsi)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Facility & HR Administrator (Tikinti Sahəsi)

  • Истекает 16 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • İş yeri: Mərdəkan qəsəbəsi
  • İş qrafiki: 6 günlük iş həftəsi, saat 08:00 – 17:00
  • Sosial təminatlar: Nahar və servis ilə təmin olunur
  • Əmək haqqı 700 – 1100 AZN (təcrübəyə görə dəyişir) 

Vəzifənin məqsədi

  • Tikinti sahəsində obyektlərin (facility) düzgün işləməsini təmin etmək, texniki və təsərrüfat işlərini idarə etmək, həmçinin insan resursları üzrə inzibati işləri aparmaq və işçi heyətinin sənədləşməsini və gündəlik idarə olunmasını təmin etmək.

Vəzifə öhdəlikləri

Facility (Təsərrüfat və sahə idarəetməsi)

  • Tikinti sahəsinin ümumi təsərrüfat işlərinin təşkili və nəzarəti 
  • Elektrik, su, kanalizasiya, generator və digər sistemlərin işlək vəziyyətdə saxlanılması 
  • Təmir və texniki xidmət işlərinin koordinasiyası 
  • Sahənin (camp/obyekt) təmizlik və səliqə-sahmanına nəzarət 
  • Giriş-çıxış və ümumi qaydalara riayət olunmasına nəzarət 
  • Subpodratçı və servis şirkətləri ilə əlaqələrin idarə olunması 
  • Gündəlik sahə yoxlamalarının aparılması və problemlərin aradan qaldırılması 

HR (İnsan resursları administrasiyası)

  • İşçilərin qeydiyyatı və şəxsi işlərinin aparılması 
  • Gəlmə-getmə (attendance) və iş saatlarının izlənməsi 
  • İşçi qəbul prosesinə inzibati dəstək 
  • Məzuniyyət, ezamiyyət və digər HR prosedurlarının idarə edilməsi 
  • İşçi intizamı və daxili qaydalara nəzarət 
  • İşçi şikayət və müraciətlərinin qeydiyyatı və izlənməsi

Hesabat

  • Gündəlik və həftəlik sahə vəziyyəti barədə rəhbərliyə hesabat vermək 
  • HR üzrə aylıq attendance və işçi məlumatlarını təqdim etmək 
  • Problem və risklər barədə vaxtında məlumat vermək

Tələblər

  • Ali və ya orta ixtisas təhsili (İdarəetmə, HR, texniki sahə üstünlükdür) 
  • Tikinti sahəsində minimum 2 il təcrübə 
  • HR inzibati işlər üzrə bilik 
  • MS Office (xüsusilə Excel) biliyi 
  • Yaxşı təşkilatçılıq və problem həll etmə bacarığı 
  • Məsuliyyətli və operativ işləmə qabiliyyəti 
  • Azərbaycan dili sərbəst, rus və ya ingilis dili üstünlükdür 

Şəxsi keyfiyyətlər

  • Məsuliyyətlilik və diqqətlilik; 
  • Vaxtın düzgün idarə edilməsi; 
  • Operativ qərarvermə bacarığı.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə Facility & HR Administrator (Tikinti Sahəsi) yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily108
  • Weekly588
  • Monthly1681