İş şəraiti
- İş yeri: Mərdəkan qəsəbəsi
- İş qrafiki: 6 günlük iş həftəsi, saat 08:00 – 17:00
- Sosial təminatlar: Nahar və servis ilə təmin olunur
- Əmək haqqı 1200 – 1600 AZN (təcrübəyə görə dəyişir)
Vəzifənin məqsədi
- Tikinti sahəsində işlərin icrasını idarə etmək, eyni zamanda materialların, avadanlıqların və logistika proseslərinin düzgün və vaxtında təşkilini təmin etmək.
Vəzifə öhdəlikləri
- Sahədə tikinti və montaj işlərinin gündəlik icrasına rəhbərlik etmək
- Usta və fəhlə heyətini idarə etmək, iş bölgüsünü təşkil etmək
- İşlərin layihə və texniki çertyojlara uyğun icrasına nəzarət etmək
- Materialların sahəyə qəbulunu, saxlanmasını və düzgün istifadəsini təmin etmək
- Logistika proseslərini idarə etmək (materialların daşınması, təchizat və paylanma)
- Anbar və sahə arasında material axınını koordinasiya etmək
- Avadanlıq və texnikanın düzgün istifadəsini və vaxtında təminatını təşkil etmək
- İcra qrafikinə uyğun olaraq material və resursların vaxtında çatdırılmasını təmin etmək
- HSE (əməyin təhlükəsizliyi) qaydalarına riayət olunmasına nəzarət etmək
- Gündəlik iş və logistika hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək
- Subpodratçılar və təchizatçılarla koordinasiyanı təmin etmək
- Sahədə yaranan gecikmə və logistika problemlərini operativ həll etmək
Tələblər
- Bəy namizəd
- Tikinti sahəsində Foreman və ya oxşar vəzifədə təcrübə
- Logistika və material idarəetməsi üzrə biliklər
- Texniki çertyojların oxunması bacarığı
- HSE qaydaları üzrə biliklər
- Azərbaycan dili sərbəst, rus və ya ingilis dili üstünlükdür
Şəxsi keyfiyyətlər
- Məsuliyyətlilik və diqqətlilik;
- Vaxtın düzgün idarə edilməsi;
- Operativ qərarvermə bacarığı.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İş İcraçısı (Foreman) + Logistika üzrə məsul şəxs” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.