İDG Construction MMC İDG Construction MMC
  • 274

İDG Construction MMC

Construction

Təchizatçı

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Təchizatçı

  • Deadline 27 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Tikinti layihələrinin icrası üçün zəruri olan material, avadanlıq və xidmətlərin şirkətin daxili prosedurlarına, təsdiq edilmiş büdcəyə və layihə qrafikinə uyğun olaraq vaxtında və keyfiyyət standartlarına riayət etməklə təmin edilməsini həyata keçirmək.
  • Tikinti layihələri üzrə material və avadanlıq tələblərinin qəbul edilməsi və təhlili
  • Yerli və xarici bazarda təchizatçıların araşdırılması və qiymət təkliflərinin toplanması
  • Kommersiya təkliflərinin müqayisəli təhlilinin aparılması və rəhbərliyə təqdim edilməsi
  • Təchizatçılarla danışıqların aparılması və optimal şərtlərlə müqavilələrin bağlanması
  • Sifarişlərin yerləşdirilməsi və çatdırılma prosesinə nəzarət
  • Çatdırılan materialların sifarişə və texniki spesifikasiyaya uyğunluğunun yoxlanılması
  • Anbar qalığına və material dövriyyəsinə nəzarət
  • Satınalma sənədlərinin və müqavilələrin uçotu və arxivləşdirilməsi
  • Layihə komandası, maliyyə və anbar şöbəsi ilə operativ koordinasiya
  • Bazar qiymətlərinin monitorinqi və dövri hesabatların hazırlanması
  • Təchizat risklərinin qiymətləndirilməsi və alternativ təchizat kanallarının təşkili

Tələblər:

  • Ali təhsil (Logistika, Tikinti mühəndisliyi və ya əlaqəli sahə)
  • Tikinti sahəsində minimum 3 il satınalma/təchizat təcrübəsi
  • Tikinti materialları və avadanlıqları üzrə bazar bilikləri
  • Müqavilə və satınalma prosedurları üzrə bilik
  • Azərbaycan dili mükəmməl, rus, ingilis dili arzuolunandır;
  • MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı
  • Analitik düşünmə və müqayisəli təhlil bacarığı
  • Güclü ünsiyyət və danışıqlar aparmaq qabiliyyəti
  • Komandada işləmək bacarığı

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri
  • 5 günlük iş qrafiki;
  • İş saatları:  09:00 – 18:00, (13:00 – 14:00 nahar fasiləsi)
  • İstirahət günləri: Şənbə, Bazar
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq 2000 AZN-dən başlıyaraq artırılacaq.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Təchizatçı” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily1
  • Weekly608
  • Monthly1