Satış üzrə mütəxəssis

  • Deadline 23 Dekabr 2026

Vəzifənin məqsədi

  • Müştəri münasibətlərini proaktiv idarə etmək, mövcud və yeni müştərilərdən gələn imkanları inkişaf etdirmək və sövdələşmələri peşəkar şəkildə bağlamaq. Məqsəd şirkətin sifariş portfelini və gəlirliliyini maksimuma çatdırmaqdır.

Müştəri münasibətlərinin idarə edilməsi

  • Developer, baş podratçı, memarlıq və layihə institutları ilə yeni əlaqələr qurmaq və mövcud münasibətləri inkişaf etdirmək
  • Məsul olduğu bazar seqmentində şirkətin mövqeyini gücləndirmək
  • Qərarvermə səviyyəsində görüşlər, təqdimatlar və obyekt ziyarətləri təşkil edib aparmaq
  • Komanda üçün potensial müştəri və satış imkanları yaratmaq, o cümlədən cross-selling
  • Komanda ilə birlikdə müştəri məmnuniyyətini təmin etmək və şikayətləri həll etmək
  • Müştəri və əlaqə məlumatlarını CRM sistemində aktual saxlamaq

Satış

  • Satış büdcəsinə və qiymət hədəflərinə uyğun olaraq potensial müştəri, imkan, sifariş və müqavilələrə görə məsuliyyət daşımaq
  • Kommersiya təklifləri hazırlamaq, tenderlərdə iştirak etmək, danışıqlar aparmaq və müqavilələri bağlamaq
  • Müştəri sifarişinin danışıqlarda razılaşdırılan şərtlərə, o cümlədən keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq
  • Layihəni quraşdırma, texniki xidmət və mühəndislik komandalarına tam və dəqiq məlumatla təhvil vermək
  • Satış imkanları, tapşırıqlar və görüşlər barədə vaxtında və dəqiq hesabat vermək
  • Debitor borclarının yığılmasında maliyyə şöbəsinə dəstək olmaq

Tələblər

  • Tikinti sahəsində ən azı 3 il B2B satış və ya biznesin inkişafı təcrübəsi
  • Developer, podratçı və layihə institutlarında güclü və aktiv əlaqələr şəbəkəsi
  • Rus və ingilis dillərini sərbəst bilmək (şifahi və yazılı)
  • Təqdimat, danışıq, sövdələşmə bağlama və tender proseslərində təcrübə
  • Müqavilə və maliyyə şərtləri üzrə əsas biliklər
  • MS Office və CRM sistemləri ilə işləmək bacarığı
  • Ali təhsil

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily0
  • Weekly89
  • Monthly1567