Servis Satışı üzrə Mütəxəssis

  • Deadline 24 September 2026

Vəzifənin məqsədi

Mövcud müştəri portfelinin saxlanılması və genişləndirilməsi, yeni servis müqavilələrinin bağlanması, habelə modernizasiya və təmir həllərinin B2B seqmentə satışı yolu ilə departamentin gəlir hədəflərinə nail olunması.

 

Əsas vəzifə öhdəlikləri

  • Yeni servis müqavilələri üzrə satış hədəflərinin icrası (biznes mərkəzləri, ticarət mərkəzləri, otellər, xəstəxanalar, yaşayış kompleksləri, sənaye obyektləri)
  • Mövcud müştəri portfelinin idarə edilməsi, müqavilə yenilənmələrinin (renewal) təmin edilməsi və müqavilədən imtina hallarının (cancellation) minimuma endirilməsi
  • İtirilmiş müştərilərin geri qazanılması üzrə hədəfli iş aparılması
  • Bazarın araşdırılması, potensial müştərilərin müəyyən edilməsi və satış boru xəttinin (pipeline) formalaşdırılması
  • Obyektlərə səfərlər, texniki auditlərin təşkili və müştəri ehtiyaclarının müəyyənləşdirilməsi
  • Texniki departamentlə birgə qiymət təkliflərinin, təmir və modernizasiya smetalarının hazırlanması və təqdim edilməsi
  • Danışıqların aparılması, müqavilə şərtlərinin razılaşdırılması və imzalanma prosesinin idarə olunması
  • Tender və satınalma proseslərində iştirak, sənəd paketinin hazırlanması
  • CRM sistemində bütün müştəri təmaslarının, təkliflərin və satış mərhələlərinin vaxtında qeydiyyatı
  • Debitor borclarının izlənilməsi məsələsində maliyyə departamenti ilə əməkdaşlıq
  • Həftəlik/aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi

 

Namizədə tələblər

 

Təhsil və təcrübə

  • Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya Mühəndislik sahələri üzrə üstünlükdür)
  • B2B satış sahəsində minimum 1 il iş təcrübəsi
  • Texniki məhsul və ya xidmət satışı üzrə təcrübə böyük üstünlükdür
  • Uzunmüddətli xidmət müqavilələrinin satışı üzrə təcrübə arzuolunandır

 

Bilik və bacarıqlar

  • Satış dövrünün bütün mərhələlərini müstəqil idarə etmək bacarığı
  • Danışıqlar aparma və qiymət müdafiəsi bacarığı
  • Texniki məlumatları müştəri üçün anlaşılan dilə çevirmək qabiliyyəti
  • MS Office proqramları üzrə yaxşı bilik (xüsusilə Excel və PowerPoint)
  • CRM sistemləri ilə iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili — sərbəst; ingilis dili — iş güzar səviyyə; rus dili üstünlükdür
  • B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv sürücülük təcrübəsi

 

Şəxsi keyfiyyətlər

  • Nəticəyönümlülük və hədəflərlə işləmə bacarığı
  • Güclü kommunikasiya və təqdimat bacarıqları
  • Müstəqil qərar vermə və məsuliyyət hissi
  • Analitik düşüncə və detallara diqqət
  • Komandada işləmə bacarığı

 

Şirkətin təklifləri

  • Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi
  • Korporativ mobil nömrə və noutbuk
  • İş səfərləri üzrə xərclərin ödənilməsi
  • Peşəkar komanda və karyera inkişafı perspektivi
  • Könüllü Tibbi Sığorta
  • Parking və xidməti maşın

 

  • Daily34
  • Weekly319
  • Monthly2078