Elektromexanik

  • Deadline 29 November 2026

Əsas vəzifə və öhdəliklər

·       Lift, eskalator və travelator sistemlərinə planlı texniki xidmətin göstərilməsi;

·       Texniki çağırışlar və servis təmirlərinin müəyyən edilmiş qrafikə, çağırışa cavab müddətinə və keyfiyyət standartlarına uyğun yerinə yetirilməsi;

·       Avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;

·       Liftlərin və digər qaldırıcı qurğuların mexaniki, elektrik və elektron komponentlərinin yoxlanılması və təmiri, nasaz ehtiyat hissələrinin dəyişdirilməsi;

·       İşlərin texniki xidmət təlimatlarına və təhlükəsizlik qaydalarına tam uyğun aparılması, iş zamanı istifadəçilərin və obyektin təhlükəsizliyinin təmin edilməsi;

·       Görülmüş servis işlərinin və çağırışların ERP proqramında qeydə alınması və icra vəziyyətinin yenilənməsi;

·       Servis aktlarının, qüsur aktlarının və görülmüş işlər barədə aktların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

·       Aşkar edilmiş nasazlıqlar, əlavə təmir ehtiyacları və texniki risklər barədə rəhbərliyə məlumat verilməsi;

·       Növbətçilik xidmətinin, o cümlədən ay ərzində bir neçə dəfə gecə növbətçiliyinin yerinə yetirilməsi və bu müddətdə daxil olan çağırışlar üzrə obyektlərə gedərək zəruri işlərin görülməsi;

·       Servis alətlərinin, ölçü cihazlarının və xidməti avtomobilin təhlükəsiz, saz və qaydasında saxlanılması;

·       Müştərilər və komanda üzvləri ilə düzgün kommunikasiya və koordinasiyanın təmin edilməsi.

 

Namizədə tələblər

·       Elektrik və mexaniki sistemlərin iş prinsipləri haqqında biliklər;

·       Texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı;

·       Texniki sxemləri və avadanlıq sənədlərini oxumaq bacarığı;

·       Əl alətlərindən və ölçü cihazlarından düzgün istifadə bacarığı;

·       Təhlükəsizlik qaydalarına və iş prosedurlarına ciddi riayət etmək;

·       Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;

·       B və C kateqoriyalı sürücülük vəsiqəsi.

  • Daily55
  • Weekly506
  • Monthly2476