Öhdəliklər:
- Ağır tikinti və xüsusi texnika (ekskavator, yükləyici, qazma qurğuları və s.) üzrə satış strategiyasının hazırlanması və icrası
- Yeni bazar seqmentlərinin araşdırılması, korporativ müştərilərin cəlb edilməsi və əsas müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması
- Kommersiya təkliflərinin hazırlanması
- İri həcmli müqavilələr üzrə danışıqların aparılması, bağlanması və ödəniş intizamına nəzarət
- Bazar və rəqib analizi, tələbata uyğun model/portfel təkliflərinin hazırlanması, satınalma bölməsi ilə əlaqələndirmə
Tələblər:
- Ali təhsil (texniki, iqtisadiyyat və ya biznesin idarə edilməsi istiqaməti üstünlükdür)
- Analoji sahədə (ağır texnika, ehtiyat hissələri və ya sənaye avadanlıqları satışı) azı 2 il iş təcrübəsi
- Ağır texnikaların texniki göstəriciləri, iş prinsipləri və bazar qiymətləndirməsi üzrə dərin biliklər
- B2B satış, danışıqlar və key account management üzrə sübut olunmuş nəticələr
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti; Rus və/və ya İngilis dili iş səviyyəsində
- CRM sistemləri və MS Office (xüsusilə Excel) üzrə güclü bacarıq
- Analitik düşüncə, hesabatlılıq və komanda qurma bacarığı
- Sürücülük vəsiqəsi (B kateqoriyası) və ezamiyyətlərə hazır olmaq
İş şəraiti:
- İş qrafiki: I - V günlər (09:00 - 18:00)
- Əmək haqqı: Fiks maaş + satışdan bonus/komissiya
- Korporativ nömrə və nəqliyyat xərclərinin qarşılanması
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.