Ünvan: AGA Business Center, Bakı, Azərbaycan
İş qrafiki: 5 / 7; 9:00-18:00
Əmək haqqı: müsahibə əsnasında təyin olunacaq
Vəzifə Öhdəliyi:
- Maliyyə uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması.
- IFSR (Beynəlxalq Maliyyə Hesabatı Standartları) və ACCA prinsipləri əsasında düzgün maliyyə hesabatlarını təqdim etmək.
- Mühasibatlıq sistemlərinin təkmilləşdirilməsi və optimallaşdırılması.
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması.
- Vergi bəyannamələrinin və digər hüquqi sənədlərin hazırlanması və təqdim edilməsi.
- Daxili nəzarət prosedurlarını tətbiq etmək və maliyyə əməliyyatlarının qanunvericiliyə uyğunluğunu təmin etmək.
- Mühasibatlıq əməliyyatlarının və maliyyə göstəricilərinin dəqiq olmasına nəzarət etmək.
- Maliyyə komandası ilə sıx əməkdaşlıq edərək, təşkilatın maliyyə hədəflərinə çatmasına dəstək olmaq.
Tələblər:
- ACCA və ya F3, F7 sertifikatlarının olması (bu sahələrdə müvafiq biliklərə malik olmaq).
- IFSR (Beynəlxalq Maliyyə Hesabatı Standartları) barədə dərin biliklər.
- Mühasibatlıq və maliyyə uçotu sahəsində ən azı 5 il təcrübə.
- Maliyyə hesabatlarının hazırlanması və analizində təcrübə.
- Yüksək analitik bacarıqlar və detallara diqqət.
- Mükəmməl təşkilatçılıq bacarıqları və vaxtın idarə edilməsi.
- Microsoft Excel və mühasibatlıq proqramlarında yüksək səviyyədə biliklər.
- İngilis dili üzrə işləmə bacarığı (üstünlük veriləcək).
Əgər maliyyə sahəsində peşəkar təcrübəyə sahibsinizsə və yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə, CV-nizi Müraciət et butonunda qeyd edilən elektron poçt ünvanına göndərin.