Şəbəkə inzibatçılığı üzrə Mütəxəssis (Network Administrator Middle)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şəbəkə inzibatçılığı üzrə Mütəxəssis (Network Administrator Middle)

  • Истекает 1 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Departament: İT Departamenti

İstiqamət (Chapter): Sistem İnzibatçılığı

Birbaşa rəhbər: Sistem İnzibatçılığı üzrə funksional sahə rəhbəri

Vəzifənin Məqsədi

  • Şirkətin şəbəkə infrastrukturunun təhlükəsiz, dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək, şəbəkə avadanlıqlarının inzibatçılığını müstəqil şəkildə həyata keçirmək, şəbəkənin optimallaşdırılması və inkişafı üzrə texniki həllərin tətbiqində iştirak etmək.

Vəzifə Öhdəlikləri

  • Şəbəkə avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və gündəlik inzibatçılığını həyata keçirmək; 
  • Switch, Router, Firewall, Wireless Access Point və digər şəbəkə avadanlıqlarını idarə etmək; 
  • Routing və Switching konfiqurasiyalarını hazırlamaq və optimallaşdırmaq; 
  • VLAN, DHCP, DNS, NAT və digər şəbəkə xidmətlərinin idarə olunmasını təmin etmək; 
  • VPN həllərinin qurulması, konfiqurasiyası və texniki dəstəyini təmin etmək; 
  • Firewall siyasətlərinin hazırlanmasında, tətbiqində və optimallaşdırılmasında iştirak etmək; 
  • Şəbəkə monitorinq sistemlərini idarə etmək, yaranan problemləri analiz etmək və aradan qaldırmaq; 
  • Şəbəkə avadanlıqlarının ehtiyat nüsxələrinin hazırlanmasını və bərpasını təmin etmək; 
  • Şəbəkə avadanlıqlarının proqram təminatının yenilənməsini planlaşdırmaq və həyata keçirmək; 
  • Şəbəkə performansını analiz etmək və optimallaşdırılması üzrə tədbirlər həyata keçirmək; 
  • Root Cause Analysis (RCA) aparmaq və təkrarlanan problemlərin qarşısının alınması üçün tədbirlər görmək; 
  • Şəbəkə sxemlərini və texniki sənədləri hazırlamaq, yeniləmək və aktuallığını təmin etmək; 
  • Junior əməkdaşlara texniki dəstək və mentorluq göstərmək; 
  • Layihələrdə şəbəkə üzrə əsas texniki icraçı kimi iştirak etmək; 
  • Yeni şəbəkə texnologiyalarını araşdırmaq və tətbiqi üzrə təkliflər hazırlamaq; 
  • Dəyişiklikləri müəyyən edilmiş Change Management prosedurlarına uyğun planlaşdırmaq və həyata keçirmək. 

Texniki Tələblər

  • TCP/IP, OSI modeli və əsas şəbəkə protokolları üzrə yaxşı biliklər; 
  • Routing və Switching texnologiyaları üzrə praktiki biliklər; 
  • VLAN, STP, DHCP, DNS, NAT və ACL texnologiyaları üzrə biliklər; 
  • Firewall və VPN texnologiyaları üzrə praktiki biliklər; 
  • Wireless şəbəkələrinin qurulması və idarə olunması üzrə biliklər; 
  • Linux və Windows Server əməliyyat sistemləri üzrə inzibatçılıq bilikləri; 
  • Şəbəkə monitorinqi və performans analizinin aparılması üzrə biliklər; 
  • Şəbəkə avadanlıqlarının proqram təminatının yenilənməsi və konfiqurasiyasının ehtiyat nüsxələrinin idarə olunması üzrə biliklər; 
  • İnformasiya təhlükəsizliyi və şəbəkə təhlükəsizliyi prinsipləri üzrə biliklər. 

Səlahiyyətlər

  • Şəbəkə avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və gündəlik inzibatçılığını müstəqil şəkildə həyata keçirmək; 
  • Routing, Switching, VPN və Firewall konfiqurasiyalarını hazırlamaq və dəyişikliklər etmək; 
  • Şəbəkə monitorinq sistemlərini idarə etmək və optimallaşdırmaq; 
  • Şəbəkə problemlərini araşdırmaq və həll etmək; 
  • Texniki sənədləri hazırlamaq və yeniləmək; 
  • Junior əməkdaşlara texniki dəstək göstərmək; 
  • Şəbəkə infrastrukturunun inkişafı və optimallaşdırılması üzrə təkliflər vermək. 

Məsuliyyətlər

  • Şəbəkə infrastrukturunun fasiləsiz, təhlükəsiz və stabil fəaliyyətinin təmin olunmasına görə məsuliyyət daşımaq; 
  • Şəbəkədə həyata keçirilən dəyişikliklərin düzgünlüyünə və təhlükəsizliyinə görə məsuliyyət daşımaq; 
  • Şəbəkə avadanlıqlarının konfiqurasiyalarının və ehtiyat nüsxələrinin düzgün idarə olunmasına görə məsuliyyət daşımaq; 
  • Şəbəkə performansının monitorinqi və problemlərin vaxtında aradan qaldırılmasına görə məsuliyyət daşımaq; 
  • İnformasiya təhlükəsizliyi siyasətlərinə, daxili normativ sənədlərə və standart əməliyyat prosedurlarına riayət etmək; 
  • Texniki sənədlərin aktuallığını təmin etmək; 
  • Junior əməkdaşlara göstərilən texniki dəstəyin keyfiyyətinə görə məsuliyyət daşımaq; 
  • Öz peşəkar bilik və bacarıqlarını davamlı inkişaf etdirmək. 

Şəxsi Keyfiyyət / Davranış

  • Analitik düşünmə və problemləri sistemli şəkildə həll etmə bacarığı; 
  • Yüksək məsuliyyət hissi və intizamlı yanaşma; 
  • Komandada işləmək və bilik paylaşmaq bacarığı; 
  • Təşəbbüskarlıq və nəticəyönümlülük; 
  • Detallara diqqətli yanaşmaq; 
  • Stress şəraitində operativ qərar qəbul etmək bacarığı; 
  • Öyrənməyə və yeni texnologiyaları mənimsəməyə açıq olmaq; 
  • Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək; 
  • Effektiv yazılı və şifahi ünsiyyət bacarığı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly115
  • Monthly0