"İMA ENERGY" MMC Hüquqşunas vəzifəsi üzrə işçi qəbul edir.
Tələblər:
— Hüquq sahəsi üzrə ali təhsil
— Əmək, mülki və müqavilə hüququ sahəsində bilik
— Sənədlərlə işləmə və hüquqi təhlil aparmaq bacarığı
— MS Office proqramlarında işləmə bacarığı
— Diqqətlilik, məsuliyyət və komanda ilə işləmə qabiliyyəti
Vəzifə öhdəlikləri:
— Şirkətin fəaliyyəti ilə bağlı müqavilələrin hazırlanması, baxılması və hüquqi ekspertizasının aparılması
— Daxili normativ sənədlərin (əmr, sərəncam, qaydalar) hüquqi cəhətdən tərtib edilməsi
— Şirkətin mənafelərinin dövlət orqanları, məhkəmələr və digər təşkilatlar qarşısında təmsil olunması
— Əmək münasibətləri ilə bağlı sənədləşmənin qanunvericiliyə uyğunluğunun təmin edilməsi
— Mübahisəli məsələlər üzrə hüquqi rəylərin hazırlanması
— Şirkət rəhbərliyinə cari qanunvericilik dəyişiklikləri barədə məlumatın verilməsi
— Tələb olunan digər hüquqi sənədləşmə işlərinin aparılması
İş şərtləri:
— İş yeri: Ofis
— İş rejimi: 6 günlük
— Nahar fasiləsi: saat 13:00–14:00
— Əmək haqqı: Müsahibə əsasında
CV-lərinizi göndərin: [email protected]