Sətəmm Mühəndisi

  • Истекает 9 июль 2026

İş şəraiti

  • Layihə: Metro infrastrukturu layihəsi
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş saatları: 00:00 – 06:00 (gecə növbəsi)

Vəzifə öhdəlikləri

  • Layihə sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit tələblərinə riayət olunmasına nəzarət etmək;
  • Gündəlik təhlükəsizlik yoxlamaları aparmaq, aşkar edilmiş uyğunsuzluqları qeydə almaq və onların aradan qaldırılmasına nəzarət etmək;
  • Risk qiymətləndirmələrinin hazırlanmasında və yenilənməsində iştirak etmək;
  • İşçilər üçün giriş, təkrar və məqsədli təhlükəsizlik təlimatlarını keçirmək;
  • Hündürlükdə işlər, qazıntı işləri, qapalı məkanlarda işlər, elektrik işləri və digər yüksək riskli fəaliyyətlərə nəzarət etmək;
  • Fərdi mühafizə vasitələrinin düzgün istifadəsini təmin etmək və istifadəsinə nəzarət etmək;
  • Qəza, insident və təhlükəli hadisələrin araşdırılmasında iştirak etmək, müvafiq hesabatlar hazırlamaq;
  • SƏTƏMM üzrə gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Təhlükəsizlik nişanlarının, xəbərdaredici lövhələrin və mühafizə vasitələrinin düzgün tətbiqinə nəzarət etmək;
  • Əməyin mühafizəsi ilə bağlı normativ sənədlərin və jurnalların aparılmasını təmin etmək;
  • Sifarişçi və nəzarət orqanları tərəfindən aparılan yoxlamalarda iştirak etmək;
  • Şirkətin SƏTƏMM siyasətinin və prosedurlarının tətbiqini təmin etmək;
  • Fövqəladə hallara hazırlıq tədbirlərində və təlimlərdə iştirak etmək.

Namizədə tələblər

  • Ali təhsil;
  • SƏTƏMM sahəsində minimum 3 il iş təcrübəsi;
  • Tikinti, enerji, metro və ya digər infrastruktur layihələrində iş təcrübəsi;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik sahəsində normativ tələblərini bilmək;
  • Risklərin qiymətləndirilməsi və hadisələrin araşdırılması üzrə biliklər;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • SƏTƏMM üzrə müvafiq sertifikatın olması mütləqdir;
  • Hesabat hazırlamaq və sənədləşdirmə bacarığı;
  • Məsuliyyətli, intizamlı və operativ işləmək bacarığı;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily43
  • Weekly343
  • Monthly1068