"İMA ENERGY" MMC Hüquqşunas vəzifəsi üzrə işçi qəbul edir.
Tələblər:
- Hüquq sahəsi üzrə ali təhsil
- Əmək, mülki və müqavilə hüququ sahəsində bilik
- Sənədlərlə işləmə və hüquqi təhlil aparmaq bacarığı
- MS Office proqramlarında işləmə bacarığı
- Diqqətlilik, məsuliyyət və komanda ilə işləmə qabiliyyəti
Vəzifə öhdəlikləri:
- Şirkətin fəaliyyəti ilə bağlı müqavilələrin hazırlanması, baxılması və hüquqi ekspertizasının aparılması
- Daxili normativ sənədlərin (əmr, sərəncam, qaydalar) hüquqi cəhətdən tərtib edilməsi
- Şirkətin mənafelərinin dövlət orqanları, məhkəmələr və digər təşkilatlar qarşısında təmsil olunması
- Əmək münasibətləri ilə bağlı sənədləşmənin qanunvericiliyə uyğunluğunun təmin edilməsi
- Mübahisəli məsələlər üzrə hüquqi rəylərin hazırlanması
- Şirkət rəhbərliyinə cari qanunvericilik dəyişiklikləri barədə məlumatın verilməsi
- Tələb olunan digər hüquqi sənədləşmə işlərinin aparılması
İş şərtləri:
- İş yeri: Ofis
- İş rejimi: 6 günlük
- Nahar fasiləsi: saat 13:00–14:00
- Əmək haqqı: Müsahibə əsasında
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.