Şirkət: IMA Energy MMC
Layihə : "Bakı Metropoliteni" QSC-nin yarımstansiyalar arası 6/10 kV giriş və aralıq kabel xətlərinin yenilənməsi
İş yeri: Bakı şəhəri
İş rejimi: 6 günlük iş həftəsi
Növbə: Gecə növbəsi (00:00 – 06:00)
Vəzifənin məqsədi:
Metro xətti layihəsi çərçivəsində aparılan tikinti, quraşdırma və elektromexaniki işlərin layihə tələblərinə, texniki standartlara və müəyyən edilmiş iş qrafikinə uyğun icrasını təşkil etmək, işçi heyətinin fəaliyyətini koordinasiya etmək və işlərin vaxtında, keyfiyyətli şəkildə tamamlanmasını təmin etmək.
Namizədə tələblər:
• İnşaat mühəndisliyi, Mülki mühəndislik, Elektrik mühəndisliyi və ya digər müvafiq texniki sahə üzrə ali təhsil;
• Metro, tunel, infrastruktur və ya iri tikinti layihələrində minimum 5 il iş təcrübəsi;
• İş İcraçısı vəzifəsində minimum 3 il iş təcrübəsi;
• Layihə sənədlərini, texniki çertyojları və iş qrafiklərini oxumaq və tətbiq etmək bacarığı;
• AutoCAD, Microsoft Office proqramlarında işləmək bacarığı;
• Tikinti norma və qaydaları, əməyin mühafizəsi və təhlükəsizlik tələbləri üzrə biliklər;
• Liderlik, təşkilatçılıq və komanda idarəetmə bacarıqları;
• Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏMM Mühəndisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.