İş icraçısı

  • Deadline 16 July 2026

"İMA ENERGY" MMC, Ağdam–Qərvənd layihəsi çərçivəsində İş icraçısı vəzifəsi üzrə işçi qəbul edir.

Tələblər:

— İxtisas üzrə ali və ya orta-ixtisas təhsili (tikinti sahəsi üzrə üstünlük təşkil edir)

— Müvafiq sahədə minimum 3 il iş təcrübəsi

— İşçi heyətini idarə etmək və iş prosesini təşkil etmək qabiliyyəti

— Əmək təhlükəsizliyi qaydaları üzrə bilik

Vəzifə öhdəlikləri:

— Tikinti-quraşdırma işlərinin layihəyə və qrafikə uyğun icrasına nəzarət etmək

— Sahədə işçi qüvvəsini və resursları planlaşdırmaq və bölüşdürmək

— Material, avadanlıq və mexanizmlərdən səmərəli istifadəyə nəzarət etmək

— Görülən işlərin keyfiyyətinə və müddətlərə əməl olunmasına cavabdehlik daşımaq

— Briqadirlər və fəhlə heyəti ilə əlaqələndirmə işini aparmaq

— Əmək təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasını təmin etmək

— Görülən işlər üzrə hesabatların hazırlanmasında iştirak etmək

— Layihə rəhbərliyinə cari vəziyyət barədə məlumat vermək

İş şərtləri:

— İş rejimi: 6 günlük

— Gündə 3 dəfə pulsuz qidalanma təmin olunur

— Yaşayış: kamp ərazisində təmin olunur

— Qarabağ və ətraf ərazilərdə yaşayanlara üstünlük veriləcək

CV-lərinizi göndərin: с[email protected]

  • Daily123
  • Weekly290
  • Monthly1735