Şirkət: İMA Energy MMC
Layihə: Metro infrastrukturu layihəsi
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6 günlük iş həftəsi
İş saatları: 00:00 – 06:00 (gecə növbəsi)
Vəzifə öhdəlikləri
- Layihə sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit tələblərinə riayət olunmasına nəzarət etmək;
- Gündəlik təhlükəsizlik yoxlamaları aparmaq, aşkar edilmiş uyğunsuzluqları qeydə almaq və onların aradan qaldırılmasına nəzarət etmək;
- Risk qiymətləndirmələrinin hazırlanmasında və yenilənməsində iştirak etmək;
- İşçilər üçün giriş, təkrar və məqsədli təhlükəsizlik təlimatlarını keçirmək;
- Hündürlükdə işlər, qazıntı işləri, qapalı məkanlarda işlər, elektrik işləri və digər yüksək riskli fəaliyyətlərə nəzarət etmək;
- Fərdi mühafizə vasitələrinin düzgün istifadəsini təmin etmək və istifadəsinə nəzarət etmək;
- Qəza, insident və təhlükəli hadisələrin araşdırılmasında iştirak etmək, müvafiq hesabatlar hazırlamaq;
- SƏTƏMM üzrə gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Təhlükəsizlik nişanlarının, xəbərdaredici lövhələrin və mühafizə vasitələrinin düzgün tətbiqinə nəzarət etmək;
- Əməyin mühafizəsi ilə bağlı normativ sənədlərin və jurnalların aparılmasını təmin etmək;
- Sifarişçi və nəzarət orqanları tərəfindən aparılan yoxlamalarda iştirak etmək;
- Şirkətin SƏTƏMM siyasətinin və prosedurlarının tətbiqini təmin etmək;
- Fövqəladə hallara hazırlıq tədbirlərində və təlimlərdə iştirak etmək.
Namizədə tələblər
- Ali təhsil;
- SƏTƏMM sahəsində minimum 3 il iş təcrübəsi;
- Tikinti, enerji, metro və ya digər infrastruktur layihələrində iş təcrübəsi;
- Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik sahəsində normativ tələblərini bilmək;
- Risklərin qiymətləndirilməsi və hadisələrin araşdırılması üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- SƏTƏMM üzrə müvafiq sertifikatın olması mütləqdir;
- Hesabat hazırlamaq və sənədləşdirmə bacarığı;
- Məsuliyyətli, intizamlı və operativ işləmək bacarığı;
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏMM Mühəndisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.