İMEC Mühəndislik İMEC Mühəndislik
  • 716

İMEC Mühəndislik

Инженерия

Anbardar

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Anbardar

  • Истекает 24 август 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş barədə məlumat: 

  •  Anbara daxil olan və çıxan malların qəbulu, yoxlanılması və düzgün yerləşdirilməsi
  •  Malların stok üzrə qeydiyyatının aparılması və nizamlı saxlanılması
  •  Anbar sənədlərinin (qaimə, təhvil-təslim aktı və s.) düzgün və vaxtında hazırlanması
  •  Anbarın təmiz və səliqəli vəziyyətdə saxlanılması
  •  Mal qalığının uçotunun aparılması və rəhbərliyə hesabatların təqdim edilməsi
  •  Yükləmə və boşaltma proseslərinə nəzarət və lazım olduqda fiziki yardım
  •  Dövri inventarizasiya prosesində iştirak
  •  Anbar proqramı ilə işləmək və məlumatların sistemə daxil edilməsi

Tələb olunan bilik və bacarıqlar:

  • Anbar əməliyyatları və mal qəbulu / təhvili qaydaları üzrə biliklər
  • Stok və inventar nəzarəti üzrə təcrübə
  • Anbar proqramları ilə işləmə bacarığı (1C, ERP və s.)
  • MS Excel və digər ofis proqramlarında işləmə bacarığı
  • Yükləmə və boşaltma işlərinə nəzarət və dəstək vermə bacarığı
  • Sənədləşmə və uçot işlərini dəqiq aparmaq bacarığı
  •  Diqqətli, məsuliyyətli və səliqəli olmaq
  •  Komandada işləmək və təzyiq altında işləmə bacarığı
  •  Fiziki iş yükünə dözümlü olmaq
  • Nizam-intizamlı və vaxtında işə gəlmək vərdişi

İş şəraiti:

  • İş rejimi: 5 günlük
  • İş vaxtı: 09:00-18:00
  • Nahar vaxtı: 13:00-14:00
  • İstirahət günü: şənbə, bazar
  • Əmək haqqı: 700 AZN(başlanğıc)
  • İş yeri: Xətai rayonu, 8 Noyabr pr 23, Amay Ticarət Mərkəzinin 7-ci mərtəbəsi.
  • Rəsmi sənədləşmə

Müraciət qaydası: Tələblərə cavab verən şəxslər CV-ni mövzu hissəsində “Anbardar” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Daily10
  • Weekly588
  • Monthly2301