Şirkətimiz 1 aylıq layihə çərçivəsində komandamıza peşəkar Mobiloqraf axtarır.
Namizədə tələblər:
- Mobiloqrafiya və ya müvafiq sahədə iş təcrübəsi;
- Video çəkilişi və montajı üçün peşəkar avadanlıqla işləmə bacarığı;
- Mobil cihaz və ya kamera ilə keyfiyyətli kontent hazırlamaq bacarığı;
- Video montaj proqramlarından səmərəli istifadə bacarığı;
- Operativ, məsuliyyətli və yaradıcı yanaşma.
Vəzifə öhdəlikləri:
- Layihə müddətində avtomobillərlə bağlı gündəlik video kontent hazırlamaq;
- Çəkilən videoları operativ şəkildə montaj edərək təhvil vermək;
- Layihənin gedişatını real vaxtda işıqlandırmaq və kontentin vaxtında paylaşım üçün hazır olmasını təmin etmək;
İş şərtləri:
- Müddət: 1 aylıq layihə;
- İş qrafiki: Layihənin gedişatına uyğun çevik iş rejimi;
- Əmək haqqı: 1000 AZN.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Mobiloqraf" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.