Biznes inkişafı üzrə Menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Biznes inkişafı üzrə Menecer

  • Deadline 1 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Impler Agentliyi “Biznes inkişafı üzrə Menecer” vakansiyası elan edir. Bir sıra yerli və xarici şirkətlərə digital marketinq və sosial media sahəsində xidmətlər təklif edən Impler Reklam Agentliyi hazırda 20-yə yaxın komanda üzvünə, Bakı ofisi ilə yanaşı Özbəkistanda filiala malikdir. 

Biznes inkişafı üzrə menecer yeni müştərilərin cəlb olunması ilə bağlı işlərin icrasına cavabdeh olacaq, vəzifə öhdəlikləri marketinq, korporativ əlaqələrin qurulması və korporativ satışların idarə olunması kimi işləri əhatə edəcək. 

Vəzifə öhdəlikləri:

  • Potensial müştərilərdən daxil olan müraciətlər və sorğular üçün müvafiq təklifləri hazırlanmaq (xidmət təklifləri, təqdimatlar, büdcə və s.);
  • Müvafiq xidmət və təklifləri potensial müştərilərə təqdim etmək, şirkətlərin məsul şəxsləri ilə əlaqələr qurmaq, danışıqları aparmaq, görüşlər təşkil etmək;
  • Potensial müştərilərin müəyyən olunması, onlarla əlaqələrin qurulması, tələb və istəklərini müəyyən etmək, satış prosesinin həyata keçirmək;
  • Tender və müsabiqələrdə iştirak üçün lazım olan sənədlər və təkliflər hazırlamaq; 
  • Biznes inkişafı ilə bağlı fəaliyyət planının tətbiqi ilə bağlı müəyyən işlərin icrası;
  • Bəzi layihələrin icrasının kordinasiyası və icrasına nəzarət;
  • Ehtiyac olduqda təklif formalaşdırma prosesində kreativ komanda ilə birgə işləmək. 

Tələblər:

  • Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərini sərbəst bilmək (vacib şərtdir);
  • Marketinq, reklam xidmətləri haqqında biliklərə malik olmaq;
  • Bu sahələrdən biri üzrə ən azı 2 illik iş təcrübəsi: korporativ satış, marketinq, reklam xidmətləri, digital marketinq və oxşar sahələr.  

Təklif:

  • İş qrafiki: 5 gün, 9:00-18:00
  • Ehtiyac olduqda rahat iş qrafiki
  • Əmək haqqı müzakirə əsasında (fiks + bonus) 

Müraciət:

Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər (məktubun mövzusu: "Business Development Manager"). Dil biliyi tələbinə cavab verməyən namizədlər nəzərdən keçirilməyəcək. 

  • Daily0
  • Weekly590
  • Monthly2532