İş şəraiti:
- İş yeri: Restoran
- Əmək haqqı: 700–800 AZN (sabit maaş + bonus sistemi).
- İş qrafiki: Dəyişkən növbəli sistem (gecə və gündüz növbələri).
- Rəsmi sənədləşmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun.
- Nahar: Şirkət tərəfindən təmin olunur.
Əsas vəzifə öhdəlikləri:
- Müştərilərlə nəzakətli və gülərüz şəkildə ünsiyyət qurmaq, yüksək xidmət mədəniyyəti sərgiləmək.
- Ödənişləri dəqiq şəkildə qəbul etmək (nağd və POS-terminal vasitəsilə).
- Kassadakı əməliyyatların gündəlik qeydiyyatı və hesabatının hazırlanması.
- Müştəri sifarişlərinin sistemə düzgün və operativ şəkildə daxil edilməsi.
- Qalıq məbləğ, endirim və aksiyalar üzrə düzgün hesablamaların aparılması.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili (maliyyə, mühasibatlıq və ya xidmət sahəsində təhsil üstünlükdür).
- Kassir vəzifəsində minimum 3 il iş təcrübəsi.
- POS-terminal və kassa proqramları üzrə biliklər.
- MS Excel-də işləmə bacarığı.
- Rəqəmlərlə işləməyə dəqiqlik və sürətlilik.
- Yüksək məsuliyyət hissi, diqqətlilik və dürüstlük.
- Nəzakətli davranış, stres altında işləmək bacarığı.
- Azərbaycan dilində sərbəst danışıq, rus dili biliyi üstünlükdür.
- Təqdimatlı görünüş və etik davranış normalarına uyğunluq.
Müraciət qaydası:
Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “Kassir” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan e-poçt ünvanına göndərməyinizi xahiş edirik.