Improve Group Improve Group

Improve Group

Peşəkar xidmətlər

Marketinq direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Marketinq direktoru

  • Deadline 24 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas öhdəliklər:

  • Şirkətin marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Qısa və uzunmüddətli marketinq fəaliyyət planlarının işlənməsi və tətbiqi;
  • Bazar meyllərinin və istehlakçı davranışlarının araşdırılması, məhsul və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Marketinq büdcəsinin hazırlanması və səmərəli idarə olunması;
  • SEO/SEM, Google Ads, Facebook, Instagram, TikTok, LinkedIn və digər platformalarda reklam kampaniyalarının yaradılması, təhlili və optimallaşdırılması;
  • Performansa əsaslanan KPI-lərin müəyyənləşdirilməsi və izlənilməsi;
  • Brend mövqeyinin gücləndirilməsi və brend strategiyasının həyata keçirilməsi;
  • Web analitikası alətləri (Google Analytics, Hotjar, Yandex.Metrika və s.) vasitəsilə nəticələrin təhlili;
  • Satış komandası ilə birgə marketinq kampaniyalarının hazırlanması və həyata keçirilməsi;
  • Müştəri seqmentlərinin müəyyən edilməsi və CRM sistemləri vasitəsilə müştəri bazasının inkişaf etdirilməsi;
  • Marketinq layihələrinin effektivliyini qiymətləndirmək üçün dövri hesabatların hazırlanması;
  • Komandanın idarə olunması, motivasiyası və inkişaf planlarının hazırlanması;
  • PR təşəbbüslərinin, media əməkdaşlıqlarının və korporativ tədbirlərin təşkili;
  • Marketinq, media və PR agentlikləri ilə əməkdaşlığın idarə edilməsi;
  • Rəqiblərin fəaliyyəti və bazar tendensiyalarının davamlı izlənməsi və təhlili.

Kvalifikasiya tələbləri:

  • Təhsil: Ali təhsil (Marketinq, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə təhsil);
  • İş təcrübəsi:
    5 il marketinq sahəsində iş təcrübəsi;
    2 il marketinq meneceri olaraq iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Rəqəmsal marketinq kanallarının idarə olunması (SEO, SEM, SMM, E-mail marketinq və s.);
  • Google Ads, Meta Ads, LinkedIn Ads və analitika alətləri ilə işləmək bacarığı;
  • SEO/SEM, sosial media, reklam və kontent marketinqi sahələrində dərin biliklər;
  • Brend idarəçiliyi və bazar mövqeyinin qurulması üzrə biliklər;
  • Yaradıcılıq, təşəbbüskarlıq və qərarvermə bacarığı;
  • Stratejik düşünmə və analitika bacarığı;
  • Layihələrin idarə edilməsi və komandanın idarə edilməsi bacarığı;
  • Komandada iş və qarşılıqlı əməkdaşlıq bacarığı;
  • Effektiv kommunikasiya bacarığı;
  • Problemləri operativ və nəticəyönümlü şəkildə həll etmək bacarığı;
  • Hesabatlılıq və təqdimat hazırlamaq bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi nitq (ingilis və rus dillərinin bilməsi üstünlükdür).

Təklif edirik:

  • Əmək haqqı: 2000 – 2500 AZN (namizədin təcrübəsinə əsasən);
  • Karyera inkişafı və strateji qərarvermə proseslərində iştirak imkanı;
  • Gənc və peşəkar komanda ilə dinamik iş mühiti.

Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov 25A.

Müraciət qaydası:

Tələblərə cavab verən namizədlər “Marketinq Direktoru” başlığı ilə öz CV və portfoliolarını Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily110
  • Weekly329
  • Monthly1966