Əsas vəzifə öhdəlikləri:
- YouTube kanalının tam idarə olunması: kontent planının hazırlanması, çəkiliş, montaj, yerləşdirmə və nəticələrin izlənilməsi;
- TikTok və YouTube Shorts üçün kreativ və dinamik qısa video kontentlərin hazırlanması;
- Həftəlik minimum 4 qısa videonun hazırlanması və yayımlanması;
- YouTube üçün uzun formatlı video kontentlərin çəkilişi və montajının həyata keçirilməsi;
- Kontentin ideyadan çəkilişə, montajdan yayıma qədər bütün prosesinin müstəqil idarə olunması;
- YouTube, TikTok və digər video platformalarındakı trendlərin davamlı izlənilməsi;
- Yeni video formatlarının, rubrikaların və kreativ ideyaların hazırlanması və test edilməsi;
- YouTube SEO tələblərinə uyğun başlıq, təsvir, teq və digər elementlərin hazırlanması;
- Kanal statistikasının və video performans göstəricilərinin izlənilməsi və təhlil edilməsi;
- Aylıq nəticələr üzrə hesabatların hazırlanması və təqdim edilməsi;
- Brendin üslubuna uyğun vizual və video kontentin hazırlanmasının təmin edilməsi.
Kvalifikasiya tələbləri:
- Təhsili: Ali və ya orta ixtisas təhsili üstünlükdür;
İş təcrübəsi: Mobiloqrafiya, video çəkiliş və kontent istehsalı sahəsində praktiki iş təcrübəsi. - Namizədin daha öncə hazırladığı video işləri (portfoliosu) tələb edilir;
Tələb olunan bilik və bacarıqlar:
- Mobil telefon vasitəsilə keyfiyyətli və peşəkar video çəkiliş bacarığı;
- Vertikal video formatları (TikTok, Reels, YouTube Shorts) üzrə praktiki təcrübə;
- CapCut, Adobe Premiere Pro və/və ya After Effects proqramlarında montaj bacarığı;
- TikTok və YouTube platformalarının alqoritmləri, trendləri və kontent formatları haqqında anlayış;
- YouTube üçün uzun və qısa formatlı videoların hazırlanması bacarığı;
- YouTube SEO prinsipləri haqqında bilik;
- Kreativ düşüncə və yeni video formatları/rubrikalar təklif etmək bacarığı;
- Çəkiliş və montaj prosesini müstəqil şəkildə həyata keçirmək bacarığı;
- Trendlərə sürətli adaptasiya və operativ işləmək bacarığı;
- Detallara diqqət və vizual keyfiyyətə fokuslanmaq;
- Vaxtın effektiv idarə olunması və deadline-lara əməl etmək;
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
- Rus və ingilis dili biliyi üstünlükdür.
Təklif edirik:
- Əmək haqqı: 1000 AZN;
- Müxtəlif brendlər və layihələr üçün kreativ kontentlər hazırlamaq imkanı;
- YouTube və TikTok istiqamətində yeni layihə və formatların yaradılmasında aktiv iştirak;
- Karyera inkişafı və öyrənmə imkanları;
- Gənc və dinamik komandada çalışma imkanı;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Rahat və motivasiyaedici iş mühiti.
Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov 25A.
Tələblərə cavab verən namizədlər öz CV və portfoliolarını “Mobiloqraf (YouTube & TikTok)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.