Improve Group Improve Group
  • 146

Improve Group

Sosial Media Marketinqi üzrə Mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sosial Media Marketinqi üzrə Mütəxəssis

  • Истекает 9 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin sosial media hesablarının (Instagram, Facebook, TikTok, LinkedIn və s.) gündəlik idarə olunması;
  • Kontent planlarının hazırlanması, idarə olunması və icrası;
  • Post, storis, reels və digər məzmunların hazırlanması və paylaşılması;
  • Restoran filialları və əyləncə mərkəzlərində foto və video çəkilişlərin həyata keçirilməsi;
  • Çəkilmiş materialların CapCut, Canva və digər mobil tətbiqlər vasitəsilə ilkin montaj və redaktəsinin aparılması;
  • Sosial media kampaniyalarının və reklam fəaliyyətlərinin dəstəklənməsi;
  • Sosial media göstəricilərinin izlənilməsi, təhlili və mütəmadi hesabatların hazırlanması;
  • İzləyicilərdən daxil olan sorğu və rəylərin operativ cavablandırılması;
  • Yeni kontent ideyalarının hazırlanması və sosial media trendlərinin araşdırılması;
  • Brend standartlarına uyğun kommunikasiya və vizual təqdimatın təmin edilməsi;
  • Engagement və izləyici artımına yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi;
  • Viral və trend kontentlərin araşdırılması və tətbiqi;
  • Bir neçə brend üzrə sosial media fəaliyyətlərinin koordinasiyası.

Kvalifikasiya tələbləri:

  • Təhsili: Ali və ya orta ixtisas təhsili;
  • İş təcrübəsi: Sosial media sahəsində minimum 1 il iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Sosial media platformalarının alqoritmləri və işləmə prinsipləri üzrə biliklər;
  • Mobil telefon vasitəsilə keyfiyyətli foto və video çəkiliş bacarığı;
  • CapCut, Canva və ya oxşar proqramlarda işləmək bacarığı;
  • Kontent planlama və sosial media idarəetmə bacarıqları;
  • Kreativ düşüncə və ideya yaratma bacarığı;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Analitik düşünmə və nəticəyönümlü fəaliyyət göstərmə bacarığı;
  • Trendlərə sürətli adaptasiya və çeviklik bacarığı;
  • Detallara diqqət və keyfiyyətə fokuslanma bacarığı;
  • Vaxtın effektiv idarə olunması və deadline-lara əməl etmə bacarığı;
  • Komanda ilə işləmək və ünsiyyət qurmaq bacarığı;
  • Operativ qərarvermə və problem həll etmə bacarığı;
  • Axşam saatlarında restoran filiallarına və əyləncə mərkəzlərinə səfər etməyə hazır olmaq.
  • Bəy namizədlərə üstünlük verilir.

Təklif edirik:

  • Əmək haqqı: 750–850 AZN (namizədin təcrübə və bacarıqlarından asılı olaraq);
  • Karyera inkişafı və öyrənmə imkanları;
  • Gənc və dinamik komandada çalışma imkanı;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Müxtəlif brendlər və layihələr üzərində işləmək imkanı;
  • Rahat və motivasiyaedici iş mühiti.

Ünvan: Elmlər Akademiyası, Zahid Xəlilov 25A.

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Sosial Media Marketinqi üzrə Mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly301
  • Monthly1026