İş şəraiti
- İş yeri: Digah
- İş qrafiki: 5 günlük
- İş saatı: 09:00–18:00
İnci Group of Companies QSC-nin İon və Sil-Sil brendlərinin HORECO qolu üzrə satışlarının həyata keçirilməsi və mövcud müştəri portfelinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək Satış Təmsilçisi axtarılır.
Vəzifə öhdəlikləri:
- Satış hədəflərini vaxtında yerinə yetirmək;
- Mövcud müştərilərlə uzunmüddətli və müsbət münasibətlər qurmaq;
- Yeni müştərilər cəlb etmək;
- Məhsulların müştərilərə təqdimatını həyata keçirmək;
- Müştəri məmnuniyyətini təmin etmək;
- Satışların artırılması istiqamətində aktiv fəaliyyət göstərmək.
Namizədə tələblər:
- Ali və ya orta təhsil;
- Ekspeditor və ya satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Şəxsi avtomobilin olması üstünlükdür;
- Yüksək ünsiyyət və təqdimat bacarığı;
- Məsuliyyətli və nəticəyönümlü olmaq;
- Müştərilərlə işləmək bacarığı.
Şirkət tərəfindən təklif olunur:
- Sabit əmək haqqı;
- Aylıq satış bonusları;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
- Stabil iş mühiti;
- Peşəkar və dəstəkverici komanda.
Maraqlanan namizədlər CV-lərini “Ekspeditor / Satış Təmsilçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya 077 441 55 22 nömrəsi ilə WhatsApp vasitəsilə müraciət edə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.