İş şəraiti
- İş yeri: Bakı şəhəri
- Məşğulluq növü: Tam ştat
- İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00
- Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək
Vəzifə öhdəlikləri
- Uşaqların yaş və fərdi inkişaf xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesini təşkil etmək;
- Fərdi inkişaf proqramlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Uşaqların sosial, emosional, koqnitiv və kommunikativ bacarıqlarının inkişafını dəstəkləmək;
- Fərdi və qrup şəklində inkişafetdirici məşğələlər keçirmək;
- Tədris materiallarını və inkişafetdirici oyunları uşaqların fərdi ehtiyaclarına uyğun hazırlamaq;
- Uşaqların davranışlarını, öyrənmə bacarıqlarını və inkişaf dinamikasını müşahidə etmək;
- Uşaqların müstəqillik və gündəlik həyat bacarıqlarının formalaşdırılmasına dəstək göstərmək;
- Komandanın digər üzvləri ilə əməkdaşlıq etmək;
- Gündəlik fəaliyyət və uşaqların inkişaf göstəriciləri üzrə müvafiq qeydlər və hesabatlar hazırlamaq;
- Uşaqların təhlükəsizliyini, emosional rifahını və fərdi hüquqlarını qorumaq;
- Müəssisənin daxili qaydalarına, peşə etikası və məxfilik prinsiplərinə riayət etmək.
Tələblər
- Pedaqogika, məktəbəqədər təhsil və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Azərbaycan dilində səlis və düzgün ünsiyyət qurmaq bacarığı;
- Rus dilində sərbəst ünsiyyət qurmaq və tədris aparmaq bacarığı (üstünlük hesab olunur);
- Uşaqların inkişaf xüsusiyyətləri və müasir təlim metodları haqqında biliklər;
- Uşaqlarla düzgün və effektiv ünsiyyət qurmaq bacarığı;
- Səbirli, empatik və məsuliyyətli olmaq;
- Analitik düşünmə, müşahidə və problem həll etmə bacarığı;
- Yaradıcı yanaşma və təşəbbüskarlıq;
- Komanda ilə işləmək və dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Yeni bilik və bacarıqların mənimsənilməsinə, davamlı peşəkar inkişafa açıq olmaq.
Üstünlük hesab olunur
- Məktəbəqədər yaşlı uşaqlarla iş təcrübəsi;
- Pedaqoji fəaliyyət üzrə əlavə təlim və sertifikatlar;
- Fərdi inkişaf proqramlarının hazırlanması və tətbiqi üzrə təcrübə;
- Müasir pedaqoji metod və yanaşmalar haqqında məlumatlılıq;
- İngilis dili bilikləri.
İş şəraiti
- 5 günlük iş həftəsi, saat 09:00–18:00;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək münasibətləri;
- Müasir və peşəkar iş mühiti;
- Peşəkar komanda ilə işləmək imkanı;
- Təlimlərdə iştirak və davamlı peşəkar inkişaf imkanları;
- Karyera yüksəlişi imkanları;
- Namizədin bilik və bacarıqlarına uyğun əməkhaqqı.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Pedaqoq” qeyd etməklə göndərə bilərlər.
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.