Şəxsi layihələr üzrə əməkdaşlıq etmək üçün yaradıcı və məsuliyyətli freelance illüstrator axtarılır.
Vəzifələr:
- Müxtəlif mövzular üzrə illüstrasiyaların hazırlanması;
- Konsept və ideyaların vizual formada işlənməsi;
- AI alətlərindən istifadə etməklə yaradıcı vizual həllərin hazırlanması;
- Layihələr üzrə rəhbərlə koordinasiyalı şəkildə işləmək.
Tələblər:
- İllüstrasiya və rəqəmsal rəsm bacarıqları;
- Kreativ düşüncə və vizual ideyaları peşəkar şəkildə təqdim etmək bacarığı;
- Süni intellekt (AI) əsaslı dizayn və vizual yaratma alətləri ilə işləmək bacarığı;
- Adobe Illustrator proqramında sərbəst işləmək bacarığı;
- Adobe Photoshop və digər qrafik dizayn proqramları ilə işləmək bacarığı üstünlük hesab olunur;
- Tapşırıqları vaxtında, operativ və keyfiyyətli şəkildə yerinə yetirmək.
İş forması:
- Freelance (uzaqdan çalışma imkanı)
- Əməkdaşlıq layihə əsaslıdır.l
Əməkhaqqı:
- Müsahibə əsasında müəyyən ediləcək.
Müraciət etmək istəyən namizədlər CV və portfolio nümunələrini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.