Ineo Group Azərbaycanda Jacadi Paris, Yves Rocher və Mayoral kimi Avropa brendlərinin rəsmi və eksklüziv nümayəndəsidir.
Hazırda şirkətimizdə mağazadaxili proseslərin monitorinqi, daxili nəzarətin təmin edilməsi və mümkün pozuntuların operativ şəkildə aşkarlanmasına cavabdeh olacaq Kamera Nəzarətçisi vəzifəsi üzrə namizəd axtarırıq.
Əsas vəzifələr:
- Mağazaların İzlənilməsi: Kameralar vasitəsilə mağaza daxilindəki vəziyyətə real vaxt rejimində nəzarət etmək.
- Təhlükəsizlik və İtkilərin Qarşısının Alınması: Şübhəli hərəkətləri aşkar etmək, oğurluq hallarının qarşısını almaq və mağaza əmlakını qorumaq.
- Prosedur Nəzarəti: Satış heyətinin daxili nizam-intizam qaydalarına, xidmət standartlarına və kassa əməliyyatlarına uyğunluğunu yoxlamaq.
- Hesabatlılıq: Aşkar edilmiş pozuntular və ya şübhəli hallar barədə rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək.
- Araşdırma: Baş vermiş insidentləri araşdırmaq üçün video arxivini analiz etmək
Namizəd üçün tələblər:
- Kamera nəzarəti və ya əlaqəli sahədə (satış sahəsində) 1-3+ il təcrübə;
- Yaş həddi: 25-40 yaş;
- Analitik yanaşma;
- Diqqətcil, məsuliyyətli
- Əla təşkilati və ünsiyyət bacarıqları.
İş şəraiti:
- İş qrafiki: 6/1, 11:00-19:00
- Əmək haqqı: 500 AZN+ bonus.
Müraciət üçün:
Maraqlanan namizədlərdən mövzu sətrində “Kamera Nəzarətçisi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına CV göndərmələri tələb olunur.