Ineo Group Azərbaycanda Jacadi Paris, Yves Rocher və Mayoral kimi Avropa brendlərinin rəsmi və eksklüziv nümayəndəsidir.
Hazırda biz brendin mağazasına tam məsuliyyət daşıyacaq Mağaza administratoru axtarırıq.
Vəzifə öhdəlikləri
- Mağazanın gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;
- Satış prosesinə nəzarət etmək, satışların artırılması məqsədilə tədbirlər həyata keçirmək
- KPI göstəricilərinə nəzarəti təmin etmək, KPI hədəflərinin icrasını izləmək və mağazanın müəyyən edilmiş satış hədəflərinə (targetlərə) nail olmasını təmin etmək
- Məhsulların düzgün qəbuluna, yerləşdirilməsinə, qablaşdırılmasına və inventarizasiyasına nəzarət etmək;
- Mağaza və anbar sahələrinin təmizliyinə, səliqəsinə və standartlara uyğunluğuna nəzarət etmək;
- Mağaza vitrinlərinin və merçendayzinq standartlarının daim qorunmasını təmin etmək;
- Kampaniyalar üzrə çap materiallarının, loyallıq kartlarının, hədiyyə kartlarının və digər satış materiallarının mağazalarda mövcudluğunu təmin etmək;
- Sayım və audit proseslərində iştirak etmək, nəticələr üzrə hesabatlar hazırlamaq;
- Məhsul qalığı və stok uyğunsuzluqlarını araşdırmaq və rəhbərliyə məlumat vermək;
- Mağazalararası və mağaza-anbar transferlərinin düzgün icrasına nəzarət etmək;
- Kamera görüntülərinə nəzarət edərək təhlükəsizlik və daxili qayda pozuntularını izləmək;
- Yeni əməkdaşların adaptasiya prosesini təşkil etmək və iş prosesinə inteqrasiyasını təmin etmək;
- Əməkdaşların davamiyyətinə, xarici görünüşünə və daxili intizam qaydalarına riayət etməsinə nəzarət etmək;
- İş qrafiklərini hazırlamaq və HR departamenti ilə koordinasiyalı şəkildə idarə etmək;
- Uniforma və iş üçün zəruri ləvazimatların təmin olunmasına nəzarət etmək;
- Kassa əməliyyatlarının və staff endirimlərinin düzgün tətbiqinə nəzarət etmək;
- Mağazada yaranan texniki və təchizat problemlərinin həllini təşkil etmək;
- Aylıq fəaliyyət hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Şirkətdaxili iclas və korporativ tədbirlərdə iştirak etmək.
Namizəd üçün tələblər
- Yalnız xanım namizədlər;
- Mağaza administratoru və ya oxşar vəzifədə pərakəndə satış sahəsində minimum 5 il təcrübə (geyim sahəsində çalışması üstünlükdür);
- Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı;
- Stok, qiymət və satış idarəçiliyində praktiki təcrübə;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət.
İş şəraiti
- İş qrafiki: 6/1, Növbəli iş qrafiki
- Əmək haqqı: Namizədin bilik və təcrübəsindən asılı olaraq müsahibə əsasında təyin olunacaqdır.
Maraqlanan namizədlərdən mövzu sətrində “Mağaza administratoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri tələb olunur.