I İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi
  • 865

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi

Government , Information technology

Şəbəkə inzibatçısı

  • Истекает 16 май 2025

Publik hüquqi şəxs statuslu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində* mövcud İnformasiya texnologiyaları departamentinin Şəbəkə inzibatçılığı və texniki dəstək şöbəsinə Şəbəkə İnzibatçısı işə qəbul ilə əlaqədar sənəd qəbulu elan edilir:

Namizədlərə dair tələblər:

  • Kompüter Elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi arzuolunandır;
  • Şəbəkə inzibatçılığı üzrə minimum 3 il təcrübə;
  • MS Office proqramlarından mükəmməl istifadə;
  • İngilis dilində yaxşı şifahi və yazılı ünsiyyət bacarıqları arzuolunandır;
  • Müvafiq sahədə beynəlxalq sertifikatların mövcudluğu arzuolunandır;

Vəzifə funksiyaları:

  • Şəbəkə avadanlıqlarının quraşdırılmasını və sazlanmasını optimal şəkildə həyata keçirmək, şəbəkə infrastrukturunun fasiləsiz işləməsini təmin etmək.
  • Şəbəkə resurslarının istifadəsinə nəzarət etmək, şəbəkə avadanlığı və proqram təminatında baş verən dəyişikliklər və nasazlıqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq.
  • Şəbəkə dizaynını tərtib etmək, texniki tapşırıqların şəbəkə ilə əlaqədar hissəsini konkret avadanlıq siyahısına çevirmək və mövcud şəbəkə strukturunu təhlil edərək təkmilləşdirmək.
  • Şəbəkə infrastrukturu və avadanlıqları üzrə texniki sənədləşməni həyata keçirmək, baş verən dəyişiklikləri və yenilənmələri qeydiyyata almaq.
  • Şəbəkə fəaliyyətinə dair monitorinq və loqların düzgün aparılmasını təmin etmək, şəbəkə trafikində anomaliyaların aşkarlanması, təhlükəsizlik insidentlərinin izlənməsi və şəbəkənin təhlükəsiz, işlək və dayanıqlı qalmasını təmin etmək.
  • Daimi şəbəkə problemlərini aradan qaldırmaq, proaktiv yanaşma tətbiq edərək potensial problemləri öncədən müəyyənləşdirmək və həll etmək.
  • Firewall sistemlərinin konfiqurasiyasını və idarəsini həyata keçirmək, giriş nəzarəti siyasətləri (ACL, 802.1X, NAC və s.) tətbiq etməklə şəbəkə təhlükəsizliyini təmin etmək və mütəmadi olaraq zəifliklərin aradan qaldırılması üçün yeniləmələr aparmaq.
  • Kompüter istifadəçilərinin şəbəkə xidmətlərindən fasiləsiz və rahat şəkildə istifadə etməsini təmin etmək, istifadəçi problemlərinə operativ dəstək vermək.
  • Şəbəkə infrastrukturunda texnoloji yenilikləri tətbiq etmək, mövcud avadanlıqların yenilənməsini həyata keçirmək və texniki inkişafları izləmək.
  • Şəbəkə fəaliyyətinə dair dövri hesabatlar hazırlamaq, şəbəkənin daha səmərəli işləməsi üçün təkliflər vermək və rəhbərliyə təqdim etmək.

Texniki bacarıqlar:

  • Network fundamentals: DNS, DHCP, NTP, LDAP – Yüksək səviyyədə;
  • Network technologies: TCP/IP, NAT, SD-WAN, 802.1X (FortiNAC, Cisco ISE, Aruba, UniFi), routing protokolları və şəbəkə topologiyaları üzrə nəzəri və praktiki bacarıqlar – Yüksək səviyyədə;
  • VPN: VPN tunellərinin planlanması, təhlükəsiz qurulması və idarə edilməsi; uzaqdan qoşulma və şəbəkə resurslarına təhlükəsiz çıxışın təmin edilməsi – Yüksək səviyyədə;
  • Security: NGFW (Palo Alto, FortiGate) ilə iş təcrübəsi; ACL və firewall siyasətlərinin yazılması və idarə edilməsi – Yüksək səviyyədə;
  • Cloud network: Bulud şəbəkələrinin konfiqurasiyası və VPN bağlantılarının qurulması üzrə biliklər – İlkin səviyyədə;
  • Network devices: Router, Switch, Load Balancer və digər avadanlıqların idarəedilməsi üzrə dərin bilik və təcrübə - Yüksək səviyyədə;
  • Tools: Wireshark, Bash/Shell scripting və network mapping üzrə təcrübə - Yüksək səviyyədə;
  • IP Telephony: Asterisk, 3CX və digər IP telefon sistemləri ilə işləmə bacarığı – Orta səviyyədə;
  • RADIUS Server: RADIUS serverlərin qurulması, konfiqurasiyası və şəbəkə avadanlıqları ilə inteqrasiyası sahəsində bilik və təcrübə - Orta səviyyədə;
  • Network monitoring: SYSLOG, SNMP kimi protokolların qurulması və PRTG, Zabbix kimi proqramlarla şəbəkənin monitorinqi üzrə bacarıqlar – Orta səviyyədə;

Digər bacarıqlar:

  • Əməkdaşlıq;
  • Məsuliyyətlilik;
  • Analitik düşünmək bacarıqları;
  • Təkmilləşməyə meyillilik;
  • Detallara diqqətli olmaq;
  • İnformasiya təhlükəsizliyi prinsiplərini anlama;
  • İT siyasətlərə uyğun texniki sənədlərin hazırlanması;
  • Şəbəkə təhlükəsizliyi üçün ən yaxşı təcrübələrin tətbiqi;
  • Komandada işləmək bacarığı və məsuliyyətlilik;

Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən – yazılı imtahan və (və ya) şifahi müsahibədən ibarət olmaqla keçirilə bilər. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq Karyera bölməsinə keçid edərək uyğun vakansiyaya müraciət edə bilərlər.

  • Daily9
  • Weekly541
  • Monthly745