INNAB Business School komandası olaraq həm ümumi Data Analitika proqramını, həm də ayrı-ayrı modulları tədris edə biləcək təlimçilər axtarırıq.
Tədris istiqamətləri:
- Data Analitika
- Excel
- SQL
- Power BI
- Python
Əsas vəzifə öhdəlikləri:
- Tədris proqramlarının hazırlanması və tədrisi
- Praktiki tapşırıqlar və real case-lər əsasında dərslərin təşkili
- İştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi
- Tədris materiallarının hazırlanması və yenilənməsi
- Təlim proqramlarının əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsi
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Tədris etdiyi istiqamət üzrə praktiki iş təcrübəsi
- Güclü təqdimat və kommunikasiya bacarıqları
- Praktiki və nəticəyönümlü tədris bacarığı
- Azərbaycan dili səlis, İngilis dili biliyi üstünlükdür
CV-nizi mövzu hissəsində tədris edə biləcəyiniz istiqaməti qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektronp poçt ünvanına göndərə bilərsiniz (Məsələn: “SQL Təlimçisi”, “Power BI Təlimçisi”, “Data Analitika Təlimçisi” və s.)
Əlaqə: 051 230 25 08