Vəzifə öhdəlikləri
- Memarlıq layihələrinin daşıyıcı konstruksiyalarının və statik həllərinin hazırlanması
- Torpaq, təməl və dəmir-beton konstruksiyaların layihələndirilməsi və yoxlanılması
- Tikinti detallarının yerə uyğunluğunun təmin edilməsi
- Təhlükəsizlik qaydalarına və texniki normativlərə nəzarət
- Tikinti işlərinin tikinti normalarına, qaydalarına, normativlərinə riayət edilməsinə nəzarət etmək
- Konstruktiv həllərin düzgün verilməsi və AzDTN-a standartlarına uyğun olaraq konstruktiv cizgilərin işlənməsi; bina və qurğuların, sənaye və mülki tikintilərinin, layihələndirilməsi; Ekspertizanın iradlarına əsasən layihələrin revizya olunması,
- Ərazidə gedən tikinti işlərinin layihəyə uyğun olub-olmamasına riayət etmək;
- Landşaft layihələrində drenaj, sahə betonu, istinad divarı kimi infrastruktur həllərinin verilməsi
- Tikinti yerində işlərin gedişinə nəzarət və texniki yoxlama
- Memar və digər mühəndislərlə layihə əsasında əməkdaşlıq
Tələblər:
- Təhsil: İnşaat mühəndisliyi üzrə bakalavr dərəcəsi
- Təcrübə: Memarlıq və landşaft layihələrində azı 3 il iş təcrübəsi
- Proqram bilikləri: AutoCAD, Ecxel (Revit, ArchiCAD, SAP2000 arzuolunandır)
- Texniki biliklər: Statik layihə oxuma bacarığı, dəmir-beton sistemlər üzrə bilik
- Hesabat bacarığı: Texniki hesabatların, smeta və metrajların hazırlanması
- Komanda işi: Komanda ilə işləmək bacarığı, digər sahələrlə koordinasiya qurmaq
- Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis danışmaq
- Tikinti sahələrinə - şəhərdaxili və ya regionlara səfər imkanının olması
İş Şəraiti:
- İş qrafiki: proyektə görə müqavilə üzrə
- Əmək haqqı: Təcrübə və biliklərə əsasən müəyyən ediləcək
- İş yeri: Bakı şəhəri.
Üstünlük veriləcək hallar:
- Memarlıq komandası ilə iş təcrübəsi olan
- Villa, otel və fərdi yaşayış binaları üzrə təcrübəli
- Drenaj və sahə infrastrukturu üzrə praktiki biliklərə malik
- Landşaft layihələrində texniki dəstək verə bilən
Müraciət üçün:
- Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-sini və portfoliosunu mövzu (subject) hissəsinə “Mühəndis” adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanımıza göndərmələri xahiş olunur.
- Əlaqə nömrəsi: +994 55 523 16 33 - Əlaqədar şəxs: Zəhra Rəsul