İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
  • 593
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi

Government

Aparıcı İT biznes analitik

  • Истекает 22 февраль 2025

Təsvir

  • İnformasiya sistemləri üzrə iş proseslərini, həmçinin təklif olunan layihələrin miqyasını müəyyən etmək;
  • İnformasiya sistemləri üzrə sifarişçi ilə analitik müsahibələri aparmaq, proqram təminatına dair tələbləri toplamaq, tələbləri, istəkləri və imkanları nəzərə alaraq məlumat və proseslərin modellərini sxemlər vasitəsi ilə təsvir etmək;
  • İnformasiya sistemlərinin hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki təklif, texniki tapşırıq və digər analiz sənədlərini hazırlamaq;
  • Mövcud olan biznes proseslər üçün dəyişiklik tələblərini müəyyənləşdirmək və sənədləşdirmək;
  • Beynəlxalq praktikada baş verən inkişaf meyllərini nəzərə alaraq araşdırmalar aparmaq və inkişafa doğru tövsiyyələr vermək;
  • Mövcud olan informasiya sistemləri və istifadə olunan texnologiyaların ekspertizasını aparmaq;
  • "SDLC"-nin hər bir mərhələsində aktiv iştirak etmək;
  • Layihə üzrə iş yükünün vaxtında tamamlanmasını təmin etmək üçün layihə menecerləri və digər komanda üzvləri ilə sıx əməkdaşlıq etmək;
  • Texniki məlumatları qeyri-texniki maraqlı tərəflərə aydın və başa düşülən şəkildə kommunikasiya etmək;
  • “Sprint planning”, gündəlik “stand-up”, “sprint review” və “retrospektiv”-lər kimi “Agile ceremony”-lərində iştirak etmək;
  • Komandanın digər üzvlərinə mentorluq etmək;
  • Layihə üzrə verilmiş tələblərin müvafiq qanunvericilik və tənzimləyici çərçivələrlə uyğunluğunu araşdırmaq;
  • Vəzifə üzrə departament müdiri və şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

Tələblər

Təhsil:

  • İnformasiya texnologiyaları, iqtisadiyyat, biznesin idarə olunması və ya oxşar sahədə ali təhsil.

İş təcrübəsi:

  • İT biznes analitik kimi minimum 2 il iş təcrübəsi.

Texniki biliklər:

  • Sistemlər arasında inteqrasiyalar, API-lər və məlumat axınları üzrə təcrübə;
  • Biznes analitika və proses modelləşdirmə vasitələri (BPMN, UML və s.) üzrə təcrübə;
  • Agile, Scrum və/və ya digər layihə idarəetmə metodologiyaları üzrə təcrübə;
  • JIRA, Confluence və digər İT layihə idarəetmə vasitələrində təcrübə;
  • SQL bilikləri və məlumat bazaları üzrə təcrübə.

Dil bilikləri: 

  • Azərbaycan dili - sərbəst;
  • İngilis dili - sərbəst (texniki səviyyədə).

Üstünlüklər:

  • Dövlət sektorunda C2G və G2G layihələrində işləmə təcrübəsinin olması;
  • G2C rəqəmsal dövlət platformaları və hökumət sistemləri üzrə biliklərinin olması; 
  • Sahə üzrə sertifikatlara (IIBA, PMI, OMG və digər oxşar) malik olması;
  • Texniki baxımdan yüksək peşəkarlıqla təqdimat ("Feasibility analysis") hazırlamaq və təqdim etmək bacarığının olması.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 1-2 il
  • Vəzifə dərəcəsi Mütəxəssis
  • Təhsil Bakalavr
  • Daily0
  • Weekly325
  • Monthly353