Təsvir
- İnfrastrukturun fasiləsiz işləməsini təmin etmək üçün sistemlərin planlanmasının və resurs bölgüsünün aparılması;
- Server və virtualizasiya mühitlərində performans və resurs istifadəsinin optimallaşdırması;
- İnfrastrukturda tətbiqlərin yerləşdirilməsi və CI/CD proseslərinin inteqrasiyasının təmin edilməsi;
- Backup strategiyalarını tənzimləməsi və bərpa proseslərinin testlərinin həyata keçirilməsi;
- Mikroservis infrastrukturu və konteyner mühitlərinin (Docker) idarə olunmasında iştirak edilməsi;
- Monitorinq sistemlərinin nəticələrinə əsasən təkmilləşdirmə təkliflərinin verilməsi;
- Sistemlərdə dəyişikliklərin sənədləşdirilməsini və versiya nəzarətinin aparılması;
- Sistem inzibatçılarına texniki məsləhət və dəstək verilməsi;
- İnformasiya təhlükəsizliyi departamentinə daxil olan sorğuların icrasının təmin edilməsi;
- AI və ML əsaslı sistemlərin işlədiyi infrastruktur mühitinin hazırlanması və dəstəklənməsi;
- AI və Machine Learning sistemlərinin ümumi işləmə prinsipləri haqqında anlayışın olması;
- Ənənəvi sistemlərə məxsus infrastruktur konfiqurasiyalarının optimizasıyasına cavabdehlik daşıması;
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- İT sahəsində 2-3 il təcrübə;
- Windows və Linux sistemlərində dərin inzibatçılıq bilikləri;
- İnfrastruktur servislərinin klasterizasiya (keepalived, pacemaker, corosync, haproxy və s.) alətləri ilə işləmə bacarığı;
- VMware və ya Vcloud mühitlərində resurs idarəetməsi bacarığı;
- CI/CD sistemləri (GitLab, Jenkins) üzrə iş təcrübəsi;
- Docker və Ansible ilə işləmə bacarığı;
- Backup və bərpa alətləri (Veeam, Acronis və s.) üzrə biliklər;
- Monitorinq sistemləri (Centreon, Grafana, ELK) üzrə biliklər;
- Skript yazmaq bacarığı (PowerShell, Bash);
- ITIL prinsipləri və komanda ilə işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.